Elm seks haqqında nə deyir-ARAŞDIRMA
Tarix: 08-11-2014 22:55
Seks həyatınızı zənginləşdirmək və həzz dolu saatların sayını artırmaq üçün elm adamlarının tövsiyələrini öyrənmək heç də pis olmazdı.
Tabloid.az-ın “Ailə dostu”nda bu dəfə elmi araşdırmalara əsaslanaraq seksdən daha çox həzz almaq və daha xoşbəxt seks həyatına addım atmaq üçün nələr etməli olduğunuzu öyrənəcəksiniz.
Dünyanın ən məşhur həkimləri, seksopatoloqları və psixoloqları seks həyatında problemlər yaşayan cütülüklər üçün qızıl qədər dəyərli məsləhətlər veriblər.
İndiana universitetinin professoru Debra Layni Herbenik partnyorların bir-birlərinə xoş sözlər demələrinin seks həyatını canlandırdığını deyir. Professorun sözlərinə görə, partnyorunuza xarici görkəmini bəyəndiyinizi və qoxusuna heyran olduğunuzu desəniz, onun özünə olan inamını artırmış olarsınız. Təbii ki, özünə güvənən bir insan yataqda daha istəkli və ehtiraslı olur. Professor cinsiyyət orqanının görünüşünün yaxşı göründüyünü düşünən kişi və qadınların özünü daha çox sevdiyini və daha çox həzz verən orqazm yaşadıqlarını deyir.
Ona görə də bu elm adamının sözünə qulaq asıb partnyorunuza onu çox bəyəndiyinizi, qoxusuna və bədən ölçülərinə heyran olduğunuzu tez-tez deyin.
Ratqerskiy universitetinin professorlarından olan Helen Fişer xoşbəxt seks həyatı üçün partnyorların bir-birlərini dinləməli olduqlarını, dərdlərini bölüşə bilən cütlüklərin yataqda daha rahat olduqlarını bildirir.
Həmçinin cinsi əlaqə zamanı da partnyorun istəklərini dinləyib ona əməl edənlərin daha uzunömürlü münasibətlər yaşaya bildiklərini deyən Helen Fişer bunu hər iki tərəfin istədiyini əldə etməsi ilə əlaqələndirir. Belə ki, əgər partnyorunuzun seks zamanı fısıldadıqlarına qulaq asıb onun istəklərinə əməl etsəniz, ona daha möhtəşəm orqazm bəxş edə bilərsiniz. Yataqda partnyorundan məmnun olan insanlar çox nadir hallarda ayrılıq qərarı verirlər.
Professor Helen Fişer partnyorunuzun yataqda sizdən nələr gözlədiyini bilmək üçün gün içində də seks haqqında söhbət edilməli olduğunu vurğulayır.
Həyat yoldaşınızla tək qaldıqda seks haqqında danışa bilərsiniz. Bu idman edərkən, film izləyərkən, ya da yemək bişirərkən ola bilər. Ən uyğun zamana özünüz qərar verməlisiniz.
Elmi cinsəllik araşdırmaları dərnəyinin keçmiş rəhbəri Dr. Karol Keysell seks həyatına rəng qatmağın ən yaxşı üsullarından birinin seksual masajlar olduğunu deyir. Erotik toxunuşlar orqanizmin seks hormonu olan oksitosin istehsal etməsinə səbəb olur. Oksitosin hormonu qadının bədənində testosteronun da səviyyəsini yüksəldir. Bu isə seks arzusunu qüvvətləndirir və cütlüklərin daha ehtiraslı olmalarına şərait yaradır.
Həm qadınlar, həm də kişilər masaj yağlarının dərilərinə bəxş etdiyi ipək yumşaqlığından təhrik olurlar. Cinsi əlaqədən öncə bir-birlərinə masaj edən sevgililər seks zamanı daha çox həzz alırlar.
Seks həyatınıza həyəcan qatmaq üçün təbiətin bəxş etdiyi qidalardan, xüsusilə də meyvə və tərəvəzlərdən bəhrələnmək lazımdır.
Doktor Linn İdialen Nezin “Viagra”nın tərkibində arginin adlı maddənin olduğunu, bu maddənin təbii qidaların da tərkibində olduğunu deyir. O, yataqda xoşbəxt saatlar keçirmək istəyən kişilərin mütləq tərkibində arginin olan istridyə, müxtəlif balıq növləri və qırmızı ət yeməli olduqlarını deyir.
Doktor Linn sağlamlıq üçün faydalı olan hər bir qidanın seks üçün də faydalı olduğunu deyir. Çünki xəstə insan cinsi əlaqədən zövq ala bilməz, eyni zamanda qarşı tərəfi də təmin edə bilməz.
Ona görə də gündəlik menyuda yaşıl yarpaqlı bitkilər, lobya, az yağlı qidalar və vitamin deposu olan meyvələr mütləq yer almalıdır.
Terapevt Andre Kuzevski partnyoru başdan çıxartmağın ən yaxşı yolunun soyunarkən tələsməmək olduğunu deyir. Onun sözlərinə görə, yavaş-yavaş soyunmaq qarşıdakı insanı çılğına çevirir.
Terapevt partnyorunu çılpaq görən insanın bədənində dopomin və oksitosin hormonlarının səviyyəsinin ani olaraq yüksəldiyini, lakin 5 dəqiqə sonra bu hormonların öz təsirini itirdiyini deyir. Ona görə də həyat yoldaşınızı dəli etmək istəyirsinizsə, yavaş-yavaş soyunun. Bu, onun beynində fantaziyalar qurmasına və sizi olduğunuzdan daha cazibədar görməsinə səbəb olacaq.
Soyunarkən erotik rəqslər etmək isə kişilərin ən sevdiyi şou hesab olunur. Bu şounu həm kişilər, həm də qadınlar partnyorlarına nümayiş etdirə bilərlər.
Doktor Lan Kerner isə hər iki tərəfin də maksimum həzz ala biləcəyi seks üçün uyğun yerin tapılmasının da önəmli olduğunu bildirir.
Qadınlarla kişilər arasındakı fərq burada da özünü göstərir. Belə ki, araşdırmalar kişilərin stress və qorxu anında daha ehtiraslı olduqlarını sübut edib. Ancaq qadınlar üçün eyni şey keçərli deyil.
Qadının təhrik olması və seks istəməsi üçün beyinlərində stress və narahatçılığa yer qalmamalıdır. Özünü rahat hiss etməyən qadın seksdən zövq ala bilməz. Ona görə də qadınlar çox vaxt qaranlıq məkanlarda cinsi əlaqəyə girməyə üstünlük verirlər.
Harvard universitetinin mütəxəsisləri isə qucaqlaşmağın seks həyatı üçün əhəmiyyətli olub olmadığını araşdırıblar. Nəticələr isə hamını təəccübləndirib. Belə ki, qadınları 30 saniyədən artıq qucaqladıqda onların bədənində oksitosin səviyyəsinin yüksəldiyi və seks istəklərinin artdığı üzə çıxıb.
Qeyd edək ki, dünyada 20 mindən çox alim cinsi problemləri araşdırır. Alimləri bu qədər düşündürdüyünə görə, deməli seks həyatımızın önəmli bir hissəsini təşkil edir. Odur ki, seks həyatında xoşbəxt olmaq hər bir insanının haqqıdır. Siz də dünyaca məşhur alimlərin təqdim etdiyi məsləhətlərinə əməl edərək həm partnyorunuzu, həm də özünüzü xoşbəxt edə bilərsiniz.
Seçilmişlər
Ən çox oxunanlar