Partiya üzvlərindən Mehriban Əliyevaya təbrik
Tarix: 26-08-2019 12:11
Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
Bu münasibətlə Müasir Müsavat Partiyasının rəhbərliyi, eləcə də partiyanın Qadınlar Şurasının üzvləri Mehriban xanımı təbrik ediblər.
Təbrikdə Mehriban Əliyevanın gördüyü işlərin cəmiyyət tərəfindən müsbət qarşılandığı, onun rəhbərliyi ilə reallaşdırılan sosial layihələrin hər bir vətəndaşın hayatını yaxşılaşdırıdığını vurğulayıblar.
Bu və ya digər məqamları əsas gətirən MMP-çilər Mehriban xanıma həyatdan uzun ömür, cansağlığı, işlərində uğurlar arzulayıblar.
Seçilmişlər
Ən çox oxunanlar