Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Tarix: 17-03-2021 16:45
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 268 nəfər müalicə olunaraq sağalıb, 840 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 242 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7546-dır.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, bu günə qədər isə ümumilikdə 2 736 493 test icra olunub.
Seçilmişlər
Ən çox oxunanlar