Ramil Usubov rəisi işdən çıxartdı - Əmr
Tarix: 11-09-2015 16:41
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi edib.
Nazirin imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Müşfiq Əmirov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb.
Məlumata görə, onun vəzifədən azada edilməsinə səbəb işdə verdiyi nöqsanlarla bağlı olub.
Qeyd edək ki, son vaxtlar mətbuatda M.Əmirovun qanunsuz əməlləriylə bağlı məlumatlar yayımlanırdı.
aznews.az
Seçilmişlər
Ən çox oxunanlar