"Elə olurdu ki, 3 gün bizi ac saxlayırdılar” - Əsirlikdən qayıdan hərbçi
Tarix: 05-01-2021 15:01
“Bizə xəstəxanada ancaq su verirdilər, yemək vermirdilər. Elə olurdu ki, 3 gün bizi ac saxlayırdılar”.
GÜNpress.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.
“Mənə həbsxanada da işgəncə verdilər. Onlara heç nə edə bilmirdim, ancaq sözümlə təsir edirdim. Mən onlara dedim ki, dustağın yeməyini oğurlayıb evinizə aparırsınız. Ermənilərə dedim ki, Azərbaycan Ordusunda əsgərin nəyinəsə dəymək mümkün deyil. Mənə dedilər ki, sən nə qədər maaş alırsan. Biri gəldi ki, bəs kapitan nə qədər maaş alır? Dedim ki, 1200 dollar. Bunu eşidən zaman sualı verən pərt olub getdi.
Onlar mənə işgəncə verirdilər. Yarama barmaq soxurdular ki, dediyimizi təkrarla. Təkrar etmədikcə, yarama daha da ziyan vururdular. İstəyirdilər ki, daxili orqanlarıma nəsə etsinlər. Mənə dedilər ki, biz dediyimizi de. İstəyirsən, o birini gözünü də çıxarım? Mən dedim ki, dayanma. Tibb bacıları da bilərəkdən iynəni bir damara 15-20 dəfə salıb-çıxarırdı. O qədər spirti dərimizin altına vurmuşdular ki, qolumuz qapqara idi”, - o bildirib.
Seçilmişlər
Ən çox oxunanlar