Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İki dənizarası: Musa (ə) ilə Xızır (ə) Azərbaycanda görüşmüşlər

Tarix: 23-07-2020 12:50   
(Bu yazımı Mətbuat günü münasibətilə əziz xalqıma ithaf edirəm)
İki dənizarası: Musa (ə) ilə Xızır (ə) Azərbaycanda görüşmüşlər
Azərbaycanın şimalı, Siyəzən rayonunda yerləşən “Beşbarmaq”, “Xıd(z)ırzində- diri Xızır” adlanan bir dağ zirvəsi var. Mağara-istinadgah tipli həmin zirvənin Xızır peyğəmbərlə nə qədər əlaqəsi olub-olmadığı haqda əldə bir məlumat yoxdur. Bu yaxınlarda 13 cildinin redaktoru olduğum məşhur “Əlmizan” təfsirinin 13-cü cildini redaktə edərkən belə bir məlumatla rastlaşdım: “...Əd-Dürrül-mənsur” təfsiri Sədidən rəvayət etmişdir, belə ki hədisdə buyurulur: “Həmin o iki dəniz, dəryaya tökülən Kur (Kür) və Ras (Araz) çaylarıdır...”
Düzdür, Siyəzən rayonu coğrafi cəhətdən Kür-Araz ovalığına düşməsə də, hər iki ərazi ta qədimdən inzbati cəhətdən bir ölkə ərazisi olmuşdur.
Qeyd edək ki, “Kəhf” surəsində Musa peyğəmbərlə Xızır peyğəmbərin görüşüb yola çıxmalarından danışılır. Sözügedən surənin 61-ci ayəsində deyilir: “Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda, (yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.”
Dini mətnlərə görə həmin yer Musa (ə) ilə Xızırın (ə) görüşdüyü məkandır. İndi isə “Əlmizan” təfsirində mövzu ilə bağlı mətni tədqiqatçılar üçün tam şəkildə təqdim edirəm:
“Bürhan” təfsirində İbn Babaveyh hədisin tam sənədi ilə Cəfər ibn Məhəmməd ibn Əmmarədən (sonuncu da öz atasından) nəql edir ki, Cəfər ibn Muhəmməd (əleyhissəlam) uzun bir hədisin əsnasında buyurmuşdur: “Allah-taala Musa (əleyhissəlam) ilə danışdı və ona Tövratı nazil etdi. (Tövratın yazıldığı) Lövhələrdə onun üçün hər şeyi aydın və ətraflı bəyan etdi. Ona möcüzə olaraq əsanı, tufanı, çəyirtkə, qurbağa və kərtənkələ sürüsünü təslim etdi. Qan (mayeləri qana çevirmək) və dəryanı yarmağı da bəxş etdi. Fironu və onun qoşununu onun əli ilə suda qərq etdi. Bütün bunlardan sonra Musa (əleyhissəlam) bir bəşər olaraq qəlbindən bunları keçirdi: “Allahın məndən daha alim və bilikli birini yaratmasını güman etmirəm”. Elə ki bu fikir onun qəlbindən keçdi, İzzət və Cəlal sahibi olan Allah-taala Cəbrailə (əleyhissəlam) vəhy edərək buyurdu: “Bəndəmi həlak etməmişdən öncə ona de ki, iki dənizin qovşağında ibadətlə məşğul olan bir abidlə görüşsün və ondan təlim alsın”. Cəbrail (əleyhissəlam) Həzrət Musaya nazil olaraq Allah-taalanın əmrini ona çatdırdı. Musa (əleyhissəlam) anladı ki, bu əmr qəlbindən keçirdiyi həmin fikrə görədir. Əlacsız qalaraq Yuşə ibn Nunu da özü ilə götürüb yola düşdü və nəhayətdə gəlib iki dənizin su qovşağına yetişdi. Orada ibadətlə məşğul olan Xızırla (əleyhissəlam) rastlaşdı. Qurani-Kərim bu barədə buyurur:فَوَجَدا عَبْداً مِنْ عِبادِنا آتَيْناهُ رَحْمَةً مِنْ عِنْدِنا وَعَلَّمْناهُ مِنْ لَدُنَّا عِلْماً (Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət verdiyimiz və Öz yanımızdan elm öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.)”
(Əllamə Təbatəbai daha sonra qeyd edir): Bu hədis əhvalatı müfəssəl şəkildə qeyd edir, Həzrət Musa (əleyhissəlam) ilə Xızırın (əleyhissəlam) arasında olan söhbətləri xırdalığına kimi çatdırır.
Əyyaşi öz təfsirində bu əhvalatı iki rəvayət yolu ilə, Qummi öz təfsirində – biri sənədli, digəri isə sənədsiz olaraq iki yolla rəvayət etmişdir. “Əd-Dürrül-mənsur” təfsiri də bu əhvalatı bir çox rəvayət yolları ilə Buxari, Müslüm, Nəsai, Tirmizi və başqa hədis məcmuələrindən İbn Abbasın dilindən, o da Allahın Rəsulundan (səllallahu əleyhi və alihi və səlləm) nəql etmişdir.
Qeyd edilən hədislərin, demək olar ki, hamısı Cəfər ibn Məhəmməd ibn Əmmarədən nəql etdiyimiz hədisin mətni ilə eynidir. Həmçinin onların özləri ilə götürdüyü balıqları daşın üzərinə qoymaları və oradan dirilib suya atılmaları da olduğu kimi qeyd olunmuşdur. Amma Quranda qeyd olunmamış bir sıra xırdalıqlarda mübahisə mövcuddur. Onlardan biri, İbn Babəveyhin və Qumminin rəvayətlərinə görə, iki dənizin birləşdiyi yerin Şam və Fələstin torpaqlarında olan bir yer olmasıdır. Həmçinin Həzrət Musa (əleyhissəlam) ilə Xızırın (əleyhissəlam) birlikdə təmir etdikləri divarın olduğu kəndi nəsranilərə (xristianlara) mənsub olan “Nasirə” olaraq qeyd etmişlər. Amma bəzi rəvayətlərdə iki dənizin birləşdiyi yer Azərbaycan olaraq göstərilir. Bu, “Əd-Dürrül-mənsur” təfsirində Sədidən rəvayət edilmişdir. Belə ki hədisdə buyurulur: “Həmin o iki dəniz, dəryaya tökülən Kur (Kür) və Ras (Araz) çaylarıdır”. Hədisdə divar olan kəndi isə camaatı çox ləyaqətsiz və alçaq olan “Bacərvan” olaraq qeyd etmişlər. Übeydən nəql olunduğuna görə, bu kənd Afrikadadır, amma Qərəzinin nəqlinə əsasən, bu kənd “Təncəh” adlanan bir yerdədir. Qətadədən nəql olunduğuna görə isə iki dənizin birləşdiyi yer Rum dəryası ilə Fars dəryasının birləşdiyi yerdir.”
Qeyd edək ki, “Əlmizan” təfsiri 20 cilddə, ərəbcə yazılmış müasir dövr təfsirlərindən hesab edilir. Daha bir qürurverici məqam budur ki, bu dəyərli təfsirin müəllifi azərbaycanlı Əllamə Təbatəbaidir. Əsər dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. “Əlmizan” təfsirinin digər təfsir kitablarından mühüm fərqi odur ki, hansısa ayənin təfsiri zamanı müəllif ayəni digər ayələrlə müqayisə etmişdir. Həmçinin bu əsər digər təfsir kitablarından fəlsəfi xarakter daşıması cəhətindən də fərqlənir.
Daha bir məqam ərazidə “Xəzər” adı ilə dənizin mövcud olmasıdır. Düzdür, Xəzər dənizi “Xəzər” tayfalarının adı ilə adlandırılır. Amma güman edirəm ki, bu sözün etmilogiyası da bizə nədənsə xəbər verir. Belə ki ərəb dilində “xəzər” sözünün kökü “əxz(d)ər” sözüdür. Bu sözün mənası “yaşıl” deməkdir. (qeyd: dəniz adı olan “xəzər” sözü ərəb dilində “yaşıl-diri” mənasını verən “xızır” sözü ilə yazılışda “z” hərfinə görə fərqlənir. Bildiyimiz kimi, ərəb dilində “z” səsini bildirən 4 hərf var. Lakin sözügedən sözlər arasında bu fərqin olması əhəmiyyət kəsb etməyə bilər. Çünki Xəzər dənizinin adının ərəb hərflərilə yazılışı ola bilsin ki, vaxtilə baş vermiş orfoqrafik səhvin nəticəsidir) Deməli, Xəzər dənizi ilə “Xızır” sözü arasında bir məna bağlantısı vardır. Bildiyimiz kimi, bəzi dənizlər rəng adı ilə adlandırılmışdır. Məsələn, Sarı dəniz, Qara dəniz, Ağ dəniz. Bu baxımdan da Xəzər dənizinin “yaşıl dəniz” mənasında adlanması uzaq ehtimal deyil. “Yaşıl” sözü həm də həyat, dirilik mənasını daşıdığından bu dənizin ətrafında yaşayan xalqlara ruzi-bərəkət mənbəyi olması bu fikrimizi əsaslandırır.
Şərqşünas-yazar Vüsal Hətəmov