Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Xalqa yalan danışanlar - Zaur Əhməd yazır

Tarix: 23-04-2020 17:15   
Xalqa yalan danışanlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi siyasətə qiymət vermək lazım gələrsə, "3" verərdim. Özü də tramvay altında qalanından...

Bu qurum ekstermal vəziyyətdə üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədiyini sübut edir. Koronavirus pandemiyası dövründə dövlətin vətəndaşa, xüsusən də sosial durumu ağır olan təbəqəyə yönəlik dəstək proqramının da “qol-qıçını” sındıraraq həyata keçirirlər.

Prezident İlham Əliyev son çıxışında vəziyyətin ağır olduğunu nəzərə alıb, yardım veriləcək insanların sayını 3 dəfə artırdı. Yəni 190 manat dövlət dəstəyinin 600 min insanı əhatə edəcəyini bildirib, müvafiq göstərişlər verdi. Ancaq təəssüflə qeyd etməliyəm ki, nazirlik ölkə başçısının ortaya qoyduğu iradəyə adekvat cavab verə bilmir. Nəyə görə? Pul yoxdur, şükür Allaha, var. Bəlkə inzibati, texniki resurs yoxdur? Onlara nə gəlib, varımızdı? O zaman problem nədir? Məncə, burada bir problem var, o da sosial siyasətin icraçısı olan məmurların səriştəsizliyidir.

Bu adamlar iş görə bilmirlər, vətəndaşı aldatmaq yolu tuturlar.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bu gün açıqlama verib ki, 190 manatla bağlı şikayətlərin, narazılıqların heç bir əsası yoxdur. Cənab şöbə müdirinə cümlə-cümlə cavab vermək istəyirəm.

Şöbə müdiri deyir ki, hazırda işsiz statusunun verilməsi və işsiz vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi ilə bağlı fəaliyyət göstərən sistemdə heç bir yüklənmə yoxdur.

Yalandır! Hər gün özüm və ətrafımda xeyli adam bu yüklənmənin şahidi oluruq. Onsuz da ölkədə normal internet yoxdur, üstəlik, e-sosial sistemi də bərbad vəziyyətdədir.

İşsiz statusunun verilməsi və vətəndaşlara müavinət almaqdan ötrü daha çox e-sosial.az portalı vasitəsilə qeydiyyatdan keçməyi tövsiyə edən B. Hüseynov deyir ki, müraciət edən vətəndaşa işsiz statusu bir gün ərzində verilir.

Bu da yalandır! Şəxsən mənim e-sosial.az portalı vasitəsilə qeydiyyatdan keçirdiyim insanların heç birinə hələ ki, cavab verilməyib. Hətta bəzilərinə şəxsi kabinet yaratmışam, müraciət 12 gün əvvəl olub, amma vətəndaşa işsiz statusu verilməyib. Bəlkə şöbə müdiri min bir gün demək istəyib? Nə bilim...

Bəzi vətəndaşlara müraciətləri ilə bağlı SMS-in gec gəlməsi və ya gəlməməsi məsələsinə də münasibət bildirən B. Hüseynovun sözlərinə görə, SMS-in göndərilməsi ilə bağlı xüsusi tarix müəyyən edilməyib:

“Vətəndaşa SMS elektron bazaya daxil olan məlumat əsasında göndərilir. Vətəndaşlar “Azərpoçt”un rəsmi internet ünvanından ödəniş alıb-almadıqları, vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiya ala bilərlər. Bunun çox asan yolu var. Vətəndaş sayta daxil olduqda, elə ilk interfeysdə sorğu bölməsi açılır. Orada şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd edib “Mən robot deyiləm” düyməsini seçirlər. Bundan sonra onlara məlumat təqdim edilir və burada qeyd olunur ki, “Sizə ödəniş verilib, gedib ala bilərsiniz”, yaxud “Sizin haqqınızda heç bir məlumat tapılmadı”. Əgər “Heç bir məlumat tapılmadı” infromasiyası verilirsə, deməli, hələ onun müraciətinə baxılmayıb”.

Şöbə müdirinin açıqlamasına etibar edib qeydiyyatdan keçirdiyim vətəndaşların “Azərpoçt”un rəsmi intrenet ünvanından ödəniş alıb-almadıqları, vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiyanı yoxladım. Heç biri ilə bağlı məlumat aşkarlanmadı.

Verilən rəsmi məlumatlara görə, guya 300 mindən artıq vətəndaşın hər birinə 190 manat birdəfəlik yardım edilib, xeyli sayda vətəndaşa da imtina cavabı göndərilib. Amma mən artıq nazirliyin bu cür açıqlamalarına inanmıram. Hər gün bu qədər yalan olmaz axı. "Yalan ayaq tutar yeriməz", "Yalanın 40 gün ömrü olar", - kimi deyimlərimiz var. Amma bu adamların yalanlarının ömrü heç beş dəqiqə də olmur.

Ayaqüstü 40 yalan danışmağı bacaranlarla problemləri həll etmək mümkün deyil. Elə bu cür idarəetməyə görədir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksiyasını ayrı-ayrı adamlar öz üzərilərinə götürürlər. Müğənni, falabaxan, idmançı, bir sözlə, “kələ-kötür” adamlar yardımlaşma kampaniyaları ilə dövlətin sosial siyasətinin icraçılarının onlardan da aşağı səviyyədə olduğunu sübut edirlər. Odur ki, Allah bu xalqı səriştəsiz məmurların ümidinə qoymasın!