Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İcra başçısı məhkəməyə verildi

Tarix: 15-10-2014 12:40   
  İcra başçısı məhkəməyə verildi
Ağcabədi rayon Aşağı Avşar kənd sakini Nərimanov Nizami İnqilab oğlu Şirvan İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Ağcabədi rayon icra hakimiyyətinin başçısına qarşı şok iddia qaldırıb.

Gunpress.az-ın məlumatına görə, “Elvin 92 Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan Nizami Nərimanov MMC-yə məxsus torpaqların qəsdən və şüurlu şəkildə şoranlaşdırıldığını və beləliklə ona külli miqdarda zərər dəydiyini iddia edərək, Meliorasiya və Su Təsərrüfatının yerli idarələrindən birinə və eyni zamanda Ağcabədi rayon icra hakimiyyətinin başçısına qarşı iddia qaldırıb.

İddiaçının mövqeyinə görə ona məxsus olan pay torpağının kənarından keçən Şor kanalının qarşısında bənd qəsdən vurulub. Bunun nəticəsində də ərazinin qurunt sularından təmizləməli olan Şorkanalın ağımının qarşııs alınıb. Kanalda artan qurunt suları onun sahəsinə sızıb və böyük bir ərazini şorlaşdıraraq, faktiki olaraq əkinə yararsız hala salıb. Bunun da nəticəsində Nizami Nərimanov vətəndaş kimi sahib olduğu pay torpağından heç bir gəlir əldə edə bilmir və artıq bir neçə ildir ki, ancaq zərər görür. İddiaçı onu da qeyd edib ki, bu illər ərzində yüz dəfələrlə müxtəlif dövlət orqanlarına üzləşdiyi problemlə bağlı müraciətlər, məktublar və teleqramalar göndərib. Bunlara da bir xeyli vəsait sərf edib. İndi iddiaçı ayrı-ayrı dövlət qurumlarından əli üzüldüyündən məhkəməyə üz tutub. İndi onun son ümid yeri Şirvam İnzibati İqtisad Məhkəməsidir. Nizami Nərimanov ümid edir ki, məhkəmə onun pay torpağının şoranlaşmasına səbəb olan bəndin uçurulmasına qərar çıxaracaq və bu illər ərzində ona dəyən zərərin müəyyən edilməsini və ödənilməsini təmin edəcək. İddiaçının mövqeyinə görə, onun başına gələn bu problemin əsas cavabdehi isə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovdur.

Buna görə iddiaçı icra başçısı cavabdeh kimi göstərib. Nizami Nərimanovun ünvanına Şirvan İnzibati İqtisad Məhkəməsindən daxil olan məktubda isə deyilir ki, iddianın mümkünlüyü ilə bağlı məsələyə oktyabrın 29-da hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq. İddiaçı Niziami Nərimanov hakim Elxan Əmirəliyevin qanuna uyğun və ədalətlə hərəkət edəcəyinə ümid edir. Şivan İnzibati İqtisad Məhkəməsində Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova qarşı qaldırılan bu məhkəmə iddiası ilk olsa da, belə görünür ki, son olmayacaq.

Ağcabədi rayonundan aldığımız məlumata görə, Şahin Məmmədova qarşı başqa məhkəmə iddiaları da gündəmdədir. Həmin iddiaların hansı məsələ ilə bağlı olması və kimlər tərəfindən qaldırılacağı rayonda gizli saxlanılır. Məqsəd isə, icra başçısına qarşı məhkəmə iddiası qaldırmaq niyyətində olan insanları mümkün təsirlərdən qorumaqdır. Məlum olduğu kimi belə hallarda vəzifəli şəxslər iddiaçıları ələ almaq və ya da qorxutmaqla yollarından döndərməyə çalışırlar. Buna görə Ağcabədi rayon icra hakimiyyətinin başıçısı Şahin Məmmədova qarşı yeni məhkəmə iddiaları bağlı məlumatlar gizli saxlanılır. Belə görünür ki, uzun müddət əleyhinə çıxan adamların yolunu məhkəmələrdən salmağı bacarmış Şahin Məmmədovun bu dəfə özünün yolu məhkəmə salonunlarından düşə bilər.