Kəlbəcərdə öldürülən Həsənin meyiti yaxın günlərdə qaytarılacaq
Tarix: 29-09-2014 18:49
“Qızıl Xaç Komitəsindən bildirdilər ki, yaxın günlərdə Həsənin meyitini Azərbaycana geri qaytaracaqlar. Hələlik yer və vaxt müəyyən olunur. Onların sözlərinə görə, proses müəyyən edilmiş qaydalara əsasən gizlin aparılacaq”. Bu barədə Modern.az-a girovluqda öldürülən mərhum Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.
N. Həsənova o da deyilib ki, komitə rəsmiləri meyitin geri qaytarılma prosesinin reallaşdırdıqdan sonra ictimaiyyətə açıqlama verəcəklər.
Modern.az-a açıqlama verən Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirdi ki, Komitə yalnız əməliyyat baş tutduqdan sonra bu barədə açıqlama verir: “Əvvəlcədən hansı müddətə, hansı günə qaytarılma baş tutacağını açıqlaya bilmərik”. Onun sözlərinə görə, tərəflər detallar barədə razılaşdıqdan sonra Qızıl Xaç Komitəsi qaytarılma prosesində iştirak etməyə hazırdır.
Qeyd edək ki, Həsən Həsənov işğal altında olan Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülərək öldürülüb. Ermənilər meyiti geri qaytaramaqdan imtina edərək Dağlıq Qarabağda dəfn ediblər. Dəfnə səbəb kimi meyiti saxlamaq üçün xüsusi şəraitin olmamasını bəhanə gətiriblər.
Seçilmişlər
Ən çox oxunanlar