Prezident Ilham Əliyev ard-arda fərmanlar verdi-DƏYIŞIKLİK
Tarix: 03-11-2014 23:36
Bu gün Prezident İlham Əliyev daha bir qanunu təsdiq edib.
Gunpress.az xəbər verir ki, yeni qanun "Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqındadır. Prezident Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb:
"Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682; 2007, № 12, maddə 1218; 2008, № 2, maddə 49, № 5, maddə 344; 2009, № 12, maddələr 948, 968) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddə üzrə:
1.1. adında və mətnində ismin müvafiq hallarında "müfəttişləri” sözü "orqanları” sözü ilə əvəz edilsin;
1.2. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"13.1. Dövlət baytarlıq nəzarəti orqanları baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:”;
1.3. 13.4-cü maddə ləğv edilsin.
2. 39.2.1-ci maddədə "nəzarət” sözü "keyfiyyətin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti".
***
Prezident bu gün "Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1031 IVQD nömrəli Qanununun tətbiqi haqqında da sərəncam verib.
Mia.az bu sərəncamı da təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Seçilmişlər
Ən çox oxunanlar