Gömrükdən mal keçirmək qaydaları dəyişdi - HÖKUMƏTDƏN QƏRAR
Tarix: 21-04-2019 11:08
Baş nazir Novruz Məmmədov "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
GÜNpress.az xəbər verir ki, qaydalarda aşağıdakı dəyişikliklər edilib:
1. 10-cu hissə ləğv edilsin;
2. 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur”.
Seçilmişlər
Ən çox oxunanlar