SOCAR-la bağlı prezidentə şikayət edildi: “Evi bizə pulla satdılar...”
SOCAR 20 il ev növbəsində olan neftçiyə evi kvadratı 751 manatdan satıb.
GÜNpress.az xəbər verir ki, bu haqda Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xəbər paylaşıb. O, bildirib ki, bu haqda həmin neftçi özü ona müraciət edib.
Müraciət edən şəxs Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi Bina 56 D və 56 C sakinləri olub:
"35-40 il Neft sənayesində işləməyimizə və 15-20 il ev növbəsində olmağımıza baxmayaraq SOCAR bizə evi kv.m 751manata verdi. Bütün bu haqsızlıqla bərabər 4 otaqlı mənzillərdə 29 kv.m, 3 otaqlıda- 25 kv.m, 2 otaqlıda - 13 kv.m artıq yazılır. Bu binalarda yaşayanların demək olar ki, 60 nəfəri təqaudçüdür. Biz təqaudçülər bu ödənşi edə bilmirik.
Bəzilərimizi məhkəməyə veriblər və problemlerlə üzləşmişik. Ona görə də sizdən artıq dərəcədə xahiş edirik, bu məsələni Cənab Prezidentə çatdırasınız. Prezidentimiz hal-hazırda islahatlar aparır. Biz təqaüdçülər üçün kvadrat metri 751 manat və nəticəsi 21000, 18000 və 10000 manat boyük puldur. Neftçi MTK bizə artıq yazdığı kvadratmetrlə binanın altında açılan Rifah marketdən hər ay 10000 (on min) manat icarə haqqı alır”.