Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Kəmaləddin Heydərov bankını bacanağına satıb - MARAQLI FAKTLAR

Tarix: 21-02-2019 15:22   
Bu həftənin ən diqqətçəkən iqtisadi hadisələrindən biri "Gilan Holding”ə daxil olan "AFB Bank”ın səhmlərinin satılması oldu.

Korporativ məlumatların açıqlanması (MEAS) saytında verilən məlumata görə, bankın 55 447 səhmini 70,140,455 (yetmiş milyon bir yüz qırx min dörd yüz əlli beş) manata Hikmət İsmayılov alıb. Bununla bağlı fevralın 7-da saziş imzalanıb. 

Bundan əvvəl, "Gilan Holding” "AFB Bank”ın səhmlərinin 99,64 faizinə nəzarət edirdi. İndi bu pay bütünlüklə H.İsmayılova keçib. Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz).

Mətbuat üçün mövzunu diqqətçəkən edən bankın rəsmi olaraq "Gilan Holdinq"in nəzarətindən çıxması idi. "Gilan Holdinq"in Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olması və son vaxtlar nazirin biznes oliqarxiyası ətrafında gəzən söz-söhbətlər istər-istəməz mövzunu mətbuat üçün cəlbedici etmişdi. Təsadüfi deyil ki, mətbuatın ilkin reaksiyası da məhz belə oldu: "Bank Kəmaləddin Heydərovdan alındı".

Bəs əslində nə baş verib? Doğrudanmı "AFB Bank" nazirin nəzarətindən çıxıb? Bankın səhmlərini satın alan Hikmət İsmayılov kimdir?
 
Картинки по запросу AFB Bank
Məlum oldu ki, Hikmət İsmayılov Kəmallədin Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. 

Onda belə çıxır ki, bank yenə Kəmaləddin Heydərovun nəzarətində qalır. Elə isə bu formal "səhm alqı-satqısı" hansı zərurətdən yaranıb?

Bəlkə məsələ banka yox, "Gilan Holdinq"ə nəzarəti əldən verməkdədir? Bəlkə məqsəd yüzdən artıq şirkəti özündə birləşdirən "Gilan Holdinq"i - "şişmiş şar"ı hissələrə ayırıb, daha az diqqət cəlb etməkdir? Suallar çoxdur...

2008-ci ilin yanvarından 2012-ci ilin iyununa kimi kommersiya şəxslərin dövlət reyestri yalnız istifadəçilərə açıq idi. Bu dövrdə Hikmət İsmayılov "Azdəmir ltd” MMC-nin təsisçilərindən biri idi.

Maraqlıdır ki, bu şirkətə iranlı iş adamı Xangah Əli oğlu Əhədpur direktor təyin edilmişdi. O, Heydərovların biznes şəriki idi.

Hikmət İsmayılov bank-maliyyə sektorunda  bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya "Gilan Holding”in törəmə şirkətləridir, ya da təsir dairəsindədir. Məsələn, Hikmət İsmayılov "AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət "Gilan Holding” qrupunun strukturu hesab edilir. 

Hikmət İsmayılov həmçinin ölkənin ən iri banklarından olan "Bank of Baku”nun da səhmlərinin 31 faizinə sahibdir. Bankın digər səhmdarı olan "Nab Holding” (35%) də Hikmət İsmayılovun və Heydərovların iş ortağıdır. 

Qeyd edək ki, "Nab Holding” iranlı iş adamının şirkətidir, şirkətin rəhbəri Bəhram Oromi ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunan iş adamı Rza Zərrabın bacısının əridir.

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение 
Bir müddət öncə mediada sözügedən cinayət işi ilə bağlı "NAB Holding”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulduğu ilə bağlı xəbərlər dərc olunmuşdu. Hərçənd holdinq Rza Zərrabla və çirkli pul yuma əməliyyatları ilə bağlılığını inkar edir, amma bu şirkətin birbaşa və dolayısıyla ölkənin iki bankında iş ortaqlığı istər-istəməz sual doğurur və araşdırma tələb edir. Yeri gəlmişkən bu holdinq həm də "Baku Electronics" və "Auto Azerbaijan" şirkətlərinin də sahibidir. (Qaynarinfo.az)