Novxanı Aqua Parkından 3 oğlanın xanımı döyməsi ilə bağlı AÇIQLAMA
Tarix: 25-07-2015 19:40
Srağagün mətbuatda "3 nəfər oğlan gənc qızı AquaPark-da döydülər” başlıqlı xəbəri ilə bağlı Novxanı Aqua Parkı açıqlama yayıb.
Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: "Mətbuatda "3 nəfər oğlan gənc qızı AquaPark-da döydülər” başlıqlı xəbəri qeyri-dəqiqdir və biz çox narahatıq ki, bu məlumat əslində çox yüksək təhlükəsizlik xidmətinə malik olan Aqua Parkla bağlı hallandırılıb. Aqua Parkda insanlar tam rahat şəraitdə istirahət edə bilirlər. Hadisə isə əslində Aqua Parkda deyil, buraya yaxın çimərlik sahəsində baş verib. Biz bunun təfərrüatını öyrənmişik. Gecə diskotekası bitdikdən sonra evinə getmək istəyən xanım naməlum şəxslərlə mübahisə etmiş və nəticədə fiziki xəsarət almışdıır. Polis patrul xidməti hadisə yerinə yaxınlaşmış xanıma yardıım etmək istəmiş xanımsa heç bir şikayəti olmadığını demişdir. Sonra nədənsə 4-cü bölməyə getmiş və Aqua Park ərazisində döyüldüyünü demişdir. Açığı onun nə dediyini, nə üçün belə addım atdığını bilmirik, amma onu bilirik ki, informasiya agentlikləri bu məsələni dəqiqliklə öyrənmədən yaymışdır. Nəzərinizə bir daha çatdıraq ki, bu hadisənin Aqua Parka heç bir aidiyyəti yoxdur. Bizdə təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Əslində biz də maraqlıyıq ki, təqsirkarlar tezliklə tapılaraq layiqli cəzalarını alsınlar.
Seçilmişlər
Ən çox oxunanlar