Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Sumqayıtda "FANTAN"lı fahişəxanadan REPORTAJ

Tarix: 07-05-2015 13:32   
Sumqayıtda "FANTAN"lı fahişəxanadan REPORTAJ
İnsan alveri, qanunsuz olaraq fəaliyyət göstərən fahişəxanalar bu gün Azərbaycan da daxil olmaqla, bir sıra ölkələri narahat edən əsas problemlərdən biridir. Bu, elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefondun məhvinə, yoluxucu xəstəliklərə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur. Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda həm paytaxt Bakıda, həm Sumqayıtda fəaliyyət göstərən bəzi obyektlərdə yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər.

Bu barədə çox yazmışıq, hətta müvafiq qurumlar tərəfindən məsələylə bağlı müəyyən addımlar da atılmışdı. Amma görünür ki, bu tədbirlərin bir nəticəsi olmayıb. Söhbət Sumqayıtda fəaliyyət göstərən və əxlaqsızlıq yuvasına çevrilən məkanlardan gedir... Əvvələr “Görüş” kafesi adlanırdı həmin məkan indi isə “Fantan”a çevrilib. Maraqlıdır, görəsən, orada “fontan” adına uyğun gələn nələr var?

Elə bu “Fantan”ın sorağı ilə həmkarımla bir taksiyə əyləşib həmin ünvana yollandıq. Bu məkan BTZ istiqaməti kimi tanınan yolun üstündə yerləşir. Axşam saat 8-dir. Kafenin qarşısı müxtəlif markalı bahalı avtomobillərlə doludur. Taksidən düşmək istəyəndə Arif dayı bizi saxlayır. Deyir: “Oğlum, düşmə hələ. Sən hələ bir tələsmə, gözlə, müşahidə apar, gör burda nələr baş verir?!” Müşahidə edirik ki, qarşımızda saxlayan xarici avtomobildən bir xanım düşür və qaranlığa çəkilərək orada dayanan “Ford” markalı avtomobilə əyləşir. Sən demə kafenin əsas girişindən əlavə, arxa hissədən də içəri keçmək mümkündür. Müşahidələrimiz davam edir. Bir neçə qadının arxa hissədən kafeyə daxil olduğunu görürük.

Və nəhayət, taksidən düşüb kafenin həyətinə daxil oluruq. İçəri - kafenin bar deyilən hissəsinə daxil oluruq. Yarıqaranlıq məkandır... Sayrışan rəngli işıqlar... Laqqırtı vuran qadınlar... Siqaret tüstüsü, qəribə qoxular... Sərxoş müştərilər... Bir birinə qarışan gülüş səsləri... Və bayağı musiqi... Buranın ümumi mənzərəsini qısaca belə təsəvvür etmək olar. İçəri keçib stollardan birinin arxasında əyləşirik. Masamıza yaxınlaşan cavan oğlan yerli ləhcə ilə nə içəcəyimizi soruşur. Biz isə pivə sifariş edirik. Ofisiant oğlan sifarişimizi yerinə yetirəndən sonra hesabı qabaqcadan istəyir. İki pivə və saçaqlı pendir 6 manat edir. Pulu çıxardıb dərhal verirəm, təbii ki, qəbzdən söhbət belə gedə bilməz. Kənarda sobanın qarşısında toplaşan 15-ə yaxın qadın var. İş yenicə başlayırmış. Hamısı bu deyilmiş, müşahidə edirik ki, ardı gəlməkdədir. Ara-sıra qızlarla çölə çıxıb qayıdan müştərilər də gözümüzdən yayınmır. Təxminən 25-35 yaşlarında xanımlar bura toplaşıb. Qadınlardan biri dostuma diqqətlə baxır və yaxınlaşır. Və kiminləsə səhv saldığını zənn edib üzr istəyərək geri qayıdır. Qızlardan bəziləri isə zalda olan böyük güzgünün qarşısında rəqs edərək müştəri “ovlamağa” çalışırlar. Həmkarım təklif edir ki, qızlardan birini stola dəvət edək. Belə də edirik. Özümüzü müştəri kimi təqdim edib bir xanımı stolumuza dəvət edirik. Yanımıza dəvət etdiyimiz qızın adı Gülərdir (yəqin ki, öz adı deyil). Şərtlərlə maraqlanırıq. Məlum olur ki, 30 dəqiqəlik intim xidmət müştəriyə 25 AZN-ə başa gəlir. Bunun 20 AZN-i intim münasibətə, 5 AZN-i isə otağa görə. Gülər deyir ki, anası tatar, atası isə azərbaycanlıdır. Onunla söhbətdən məlum olur ki, əvvəllər Tatarıstanda yaşayıb və həyat yoldaşı adam öldürdüyünə görə, 15 il azadlıqdan məhrum edilib. Sonrakı taleyini isə Sumqayıtla bağlayıb. İki övlad sahibi olduğunu deyən Gülər əlacsızlıqdan bu yola düşdüyünü deyir. Gülərdən onu da öyrənirik ki, bura təhlükəsiz yerdir. Deyir ki, bu məkanın havadarı çox varlı-karlı insandır. Gülər onu da deyir ki, ilk müştəridən alınan 20 AZN-nin 10 AZN-ni kafeyə verir. Sonrakı müştərilərin hərəsindən isə 5 AZN-nini. O, kafenin saat 8-dən gecə 4-ə kimi işlədiyini bizə söyləyir. Bura da gördüklərimiz, Gülərlə söhbətimiz bizə kifayət edir. Orada olduğumuz müddətdə video çəkməyə çalışırıq. İçəri qaranlıq olduğundan və diqqət çəkməməyimiz üçün çəkilən video o qədər də keyfiyyətli alınmayıb. Beləcə oradan ayrılırıq və bizi çöldə gözləyən taksiyə minib mənzilbaşına çatırıq. Sumqayıt şəhəri sakitcə gecə yuxusuna gedib. Əksər mənzillərin işıqları sönülü olsa da, pəncərələr arxasında həyatın olması bəllidir. Biz gördüklərimizi hüquq-mühafizə orqanları da görsə, yaxşı olar. Bir sözlə, əcaib dövrdə yaşayırıq. Haqqında bol-bol, özü də yerli-yersiz boşboğazlıq etdiyimiz milli mentalitet adlanan ənənəvi etik dəyərlər sistemi əslində bir küncə atılıb. Ağaya sədaqətin nümayişi hər şeydən önəmlidir, vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Bir çoxları hətta böyük şərəf və fərəhlə əxlaqsızlıqlarını topluma nümayiş etdirir.

Ramil Zeynallı