Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Generalın oğlu adam bıçaqladı və həbs edildi

Tarix: 12-04-2015 12:05   
Generalın oğlu adam bıçaqladı və həbs edildi
Məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Eyni zamanda E. Sultanov həmçinin bildirib ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

***

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılıb.

Məhkəmənin qərarı ilə T.Əsədullayev barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib. Generalın oğlu CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Tamerlan Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

***
Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində insident baş verib. İnsidentdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlunun adı hallanır. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, generalın oğlu Tamerlan Əsədullayev restoranda bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və qarşı tərəfdən bir nəfər bıçaqlanıb. Hazırda iş üzrə 26-cı polis bölməsində araşdırma aparıldığı bildirilir.

Məlumatla bağlı DİN-dən mövqe öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Tamerlan Əsədullayev ötən ilin may ayında da polisləri döyməklə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb.

Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.


Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə başlayıb.

Daha bir neçə dəqiqə sonra isə Tamerlan Əsədullayevin atası, Insan Alverinə qarşı Mübarizə Idarəsinin rəisi polkovnik Şərif Əsədullayev bölməyə gəlib.

Şərif Əsədullayevə oğlu Tamerlanın sərxoş vəziyyətdə olması və polis əməkdaşlarını bir neçə dəfə döyməsi barədə məlumat veriləndə isə onun cavabı belə olub: “Mənim oğlum hacıdır, içki nədir?”

Yasamal Rayon Polis Idarəsinin rəisi İsmayıl Əsədov polislərə qarşı bu hörmətsizliyə görə araşdırma başladılması barədə göstəriş verib. Ancaq iki gün sonra araşdırmaya xitam verilib.

Məlumatlı mənbənin dediyinə görə, araşdırmanın dayandırılmasının əsas səbəbi Şərif Əsədullayevin üzrxahlıq etməsidir.

"Azadlıq"a daxil olan məlumatda deyilir ki, Tamerlan Əsədullayev barəsində artıqv 4 aylıq həbs-qətimkan tədbiri seçilib və o, Kürdaxanıdakı istintaq təcridxanasına göndərilib.

Hadisə barədə strateq.az saytının yaydığı məlumatda isə deyilir ki, oğlu Tamerlanı Şərif Əsədullayevin özü polisə təhvil verib və qanunun tələblərinə uyğun cəzalandırılmasını istəyib. Belə ki, məlumata görə, Tamerlan Əsədullayev hadisəni törədəndən sonra qaçıb gizlənibmiş. Atası xəbəri eşidən kimi oğlunu tapdırıb, özü tənbeh etdikdən sonra polisə apararaq təhvil verib və həbs olunmasını istəyib.