Prezidentdən müharibə iştirakçıları ilə bağlı- Sərəncam
Tarix: 02-02-2015 21:09
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gunpress.az-ın məlumatına görə, aşağıdakı şəxslər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif ediliblər:
1.1. SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
1.2. faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər;
1.3. Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
1.4. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuş, həmçinin “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər;
1.5. Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Moskvanın müdafiəsinə görə”, “Odessanın müdafiəsinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Kiyevin müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Sovet Zapolyaryesinin müdafiəsinə görə” medalları ilə təltif olunmuş şəxslər;
1.6. “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalının vəsiqəsi olan şəxslər;
1.7. “Blokadada olan Leninqrad sakininə” nişanı ilə təltif olunmuş şəxslər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görsün;
2.2. yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etsin.
Seçilmişlər
Ən çox oxunanlar