Eldar Əzizov gözdən düşür; problemlər silsiləsi-FAKTLAR
Tarix: 15-12-2014 11:06
Hesablama Palatası artıq neçə həftədir ki, Sumqayıt şəhərində yoxlamalara başlayıb. Hazırda səhiyyə, mədəniyyət və turizm sektorunda büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı araşdırma aparılır.
Mia.az-a daxil olan məlumata görə, Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov Hesablama Palatası nümayəndələrinin şəhərə daxil olduğu gündən məzuniyyətə çıxıb. Məlumatda bildirilir ki, Eldar Əzizov yoxlama müddətində işdə olmaq istəyib. Amma şəhərin rəhbəri olaraq, il ərzində büdcə vəsaitlərinin xərclənilməsi zamanı baş verən əyintiyə görə məsuliyyətdən yayınmaq E.Əzizov üçün asan olmayacaq.
Məlumata görə, səhiyyə müəssisələrində aparılan yoxlamalar bəzi həkimlərin narazılığına səbəb olub. Çünki şəhərin səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevin tapşırığı ilə bəzi xəstəxanalarda "fövqəladə vəziyyət" elan edilib. Hətta yoxlama aparılan mərtələrdə çalışan həkimlərin xəstə qəbul etmələrinə imkan verilmir. Bu səbəbdən də, həkimlər pasiyentləri birinci mərtəbədə dinləmək məcburiyyətində qalırlar.
Sumqayıtdakı problemlər bununla bitmir. Son illər şəhərdə aparılan abadlıq və quruculuq işlərin-dən də narazılıqlar var. Belə ki, az müddət əvvəl bahalı tametlər döşənmiş küçələr yenidən sökülüb, yolun genişləndirilməsi adı ilə büdcə vəsaitləri göyə sovrulur. Halbuki, yolu iki ay əvvəl də genişləndirmək olardı və böyük vəsaitlər hesabına döşənmiş tametlər sökülməzdi.
Sumqayıt şəhər rəhbərliyinin tapşırığı ilə həyata keçirilən təmir-bərpa işləri sakinlərin də narazılığına səbəb olub. Sumqayıt şəhəri, 36-cı məhəllə, Bakı küçəsində istirahət günündə də iş görülməsi bina sakinlərini narahat edib.
Sakinlər Mia.az- bildiriblər ki, iş icraçıları istirahət günlərində də məhəllədə səs-küy salır və onları narahat edirlər: "Bu səs-küydən rahatlığımız yoxdur. İstirahət günlərində belə səs-küylü təmir işlərinin aparılması istirahət hüququmuzu da əlimizdən alıb. Dəfələrlə iş icraçılarına etirazımızı bildirsək də, deyiblər ki, icra başçısının göstərişi belədir".
Sakinlərin sözlərinə görə, bir neçə gün öncə gecədən başlayan yağış Sumqayıtın nəinki qışa, heç payıza da hazır olmadığını göstərdi: "Bir neçə saat ərzində yağan yağış şəhərdə ciddi problemlər yaratdı. Dekabrın 2-si gecə saatların-dan başlayaraq şəhər sanki iflic oldu. Yağış suları təkcə şəhərin küçə və prospektlərində yox, digər ərazilərində də müxtəlif fəsadlara yol açdı. Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişi də dayandı".
Ən acınacaqlı vəziyyətin şəhərin "Yaşıldərə" massivində qeydə alındığı bildirilir: "Həmişə hava soyuyan kimi işıqlar sönür. Yağış yağandan sonra da işıqlarımız söndü. Biz heç, bəs balalarımız? İndi uşaqlarımız məktəbdədir, amma nə qaz, nə də işıq var. Bəs o uşaqlar bu soyuqda necə dərs oxusunlar? Havalar soyuyan kimi bu massiv "cəhənnəmə" dönür".
Başqa bir problem isə 5-ci mikrorayonun 37, 38 və 39 saylı binalarının sakinlərini narahat edir. Bir qrup sakin yollarının bərbad vəziyyətdə, asfaltsız olmasından, uşaqlarının oynamaları üçün yerlərin olmamasından və digər kommunal problemlərdən gileylənirlər: "Yaz, payız, qış aylarında məktəb və bağça yollarımız palçıqdan keçilməz olur. Yayda isə problem başqadır, həyətlərimizdə ağcaqanad əlindən tərpənmək olmur. Binalarımızın zirzəmisi su ilə dolu-dur, kanalizasiya suyu birbaşa bura axır, bu da antisanitariya, üfunət və müxtəlif xəstəliklər de-məkdir. İki dəfə öz vəsaitimizlə zirzəminin suyunu qurutsaq da, problem kökündən həll olunmalı-dır. Ќə vaxtadək gözləməliyik?! Gəlib kanalizasiya sisteminə, tüstü bacalarının durumuna nəzarət etsinlər. Qışın gəlişi problemləri daha da artıracaq".
Sakinlər bildiriblər ki, artıq şəhər rəhbərliyinə müraciət etməkdən yorulublar. Qeyd edək ki, Sumqayıtdakı sosial problemlərlə bağlı dəfələrlə şikayətlər olsa da, şəhər rəhbərliyi buna reaksiya vermir. E.Əzizovun problemlərə etinasız yanaşması ondan təkcə şəhər sakinlərinin deyil, hakimiyyətin yuxarı dairələrində də narazılığın artmasına səbəb olub. Hər halda, büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi, şəhərin sosial-iqtisadi inkişafı üçün milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq, hələ də problemlərin mövcudluğu E.Əzizova etimadı azaldır.
Seçilmişlər
Ən çox oxunanlar