Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
Tarix: 18-05-2024 20:16
![Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ](https://unikal.az/photos/unikal/1716016667.440313048_1136310937642188_3365984379377444719_n.jpg)
Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.
GÜNpress.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə olunub. O, şəxsi heyətə təqdim edilib.
Xatırladaq ki, Namiq İslamzadə buna qədər Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Seçilmişlər
Ən çox oxunanlar