Prezident Administrasiyasının şöbə müdiri işdən çıxarıldı
Tarix: 05-09-2019 12:37
Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf vəzifəsindən azad edilib.
GÜNpress.az xəbər verir ki, Rövşən Nəcəfin adı "Struktur" bölməsindən çıxırılıb.
Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib.
Seçilmişlər
Ən çox oxunanlar