Gəncədə müəllimənin evindən 100 min manat oğurlanıb
Tarix: 06-11-2014 16:09
Gəncə şəhərində oğurluq hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosunun verilən məlumata görə, şəhərin “Avtozavod” qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl-zinət əşyaları və 100 min manata qədər pul oğurlayıblar.
Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Seçilmişlər
Ən çox oxunanlar