Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI
Tarix: 09-10-2019 11:21
Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.
GÜNpress.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah idrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.
Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.
Seçilmişlər
Ən çox oxunanlar