Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
6-05-2026, 11:44

5-05-2026, 17:02

5-05-2026, 17:01

27-04-2026, 11:13

27-04-2026, 10:51

24-04-2026, 16:17

17-04-2026, 16:19

28-03-2026, 20:56

16-03-2026, 11:39

10-03-2026, 13:33

10-03-2026, 13:30

5-03-2026, 12:55

5-03-2026, 12:50

5-03-2026, 12:47

5-03-2026, 12:45

5-03-2026, 12:45

26-02-2026, 12:50

26-02-2026, 12:48

26-02-2026, 12:47

26-02-2026, 12:45

12-02-2026, 16:26

12-02-2026, 13:02

6-02-2026, 16:59

6-02-2026, 16:54

6-02-2026, 11:57

14-01-2026, 11:12

14-01-2026, 11:06

14-01-2026, 11:04

14-01-2026, 11:03

4-12-2025, 16:53

20-11-2025, 11:00

17-11-2025, 11:08

17-11-2025, 11:05

17-11-2025, 11:04

14-11-2025, 15:10

14-11-2025, 15:08

31-10-2025, 11:37

31-10-2025, 11:25

25-10-2025, 17:56

25-10-2025, 17:51

23-10-2025, 22:01

21-10-2025, 12:12

21-10-2025, 11:15

20-10-2025, 20:06

20-10-2025, 10:51

17-10-2025, 20:06

17-10-2025, 17:28

17-10-2025, 17:25

17-10-2025, 17:22

16-10-2025, 11:02

16-10-2025, 10:58

14-10-2025, 12:38

13-10-2025, 15:55

13-10-2025, 15:46

9-10-2025, 10:52

9-10-2025, 10:49

7-10-2025, 10:43

4-10-2025, 22:07

4-10-2025, 22:05

2-10-2025, 10:38

25-09-2025, 21:54

19-09-2025, 13:05

19-09-2025, 12:47

14-09-2025, 14:09

10-09-2025, 16:03

10-09-2025, 16:01

10-09-2025, 15:07

5-09-2025, 17:34

Azərbaycan-İran sərhədində atışma - ÖLƏN VAR

Tarix: 18-06-2020 15:30   
Azərbaycan-İran sərhədində atışma
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən GÜNpress.az-a verilən mlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub.

Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­zi qa­pa­dılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe ol­mayıb, sər­həd naryadına qarşı av­to­mat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olun­ub, sərhəd pozucularından biri güllə ya­rası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çı­xa­rılıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olma­sından istifadə edə­rək geri qaçıb və İİR sərhəd­çi­ləri tə­rəfindən öz ərazi­lərində saxlanılıblar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü ke­çirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.