Yumurtanın qiyməti yenə bahalaşdı
Tarix: 02-10-2014 13:46
Sentyabrda qiyməti 7 qəpikdən 9 qəpiyə yüksələn yumurta yenidən bahalaşıb.
Artıq yumurtanın qiyməti 10 qəpik təşkil edir. Nəzərə catdıraq ki, qiymət artımı əksər satış mərkəzlərində müşahidə olunmaqdadır. Artıma səbəb kimi sektorun ziyanı və itkiləri göstərilir. Konkret olaraq, yumurta itkisi 2013-cü ildə əvvəlki illə müqayisədə 2 000 ədəd artıb.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə yumurtanın bahalaşmasını iqtisadiyyatdakı tələb-təkliflə əlaqələndirir. Onun sözlərinə görə, tələb artanda və istehsalda artım olmayanda, bazarı tənzimləmək üçün qiyməti bir qədər bahalaşdırırlar: "Tələb azalanda isə istehsal azalır. Bu, təbii prosesdir”.
Ancaq A.Vəliyev yumurtanın qiymətinin tələbat artdığından bahalaşması iddiası ilə razılaşmır: "Biz xarici ölkələrə yumurta satmaq istəyirik.Qiymət artımını tələbatın artması ilə əlaqələndirmək yanlışdır”.
Məlumat üçün bildirək ki, rəsmi statistikaya əsasən, xaricdən gətirilən məhsullar ölkənin quş ətinə olan tələbatının 40 faizini ödəyir. Tələbatın 60 faizi isə yerli müəssisələrin hesabına təmin olunur. 2013-cü ildə yumurta istehsalı 1 401 473 min ədəd, idxalı 47 354 min ədəd təşkil edib. İxrac 605 min ədəd olub. 2012-ci illə müqayisədə ixracda dəfələrlə azalma baş verib.
Bu arada istehsal edilən 1 401 473 min ədəd yumurtadan 1 322 713 min ədədi ərzaq məqsədilə istifadə olunub.Qeyd edək ki, 2014-cü il üzrə təsdiqlənən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə əsasən əməkqabiliyyətli əhali il ərzində 150, pensiyaçı 100, uşaq 183 yumurta yeyir.(publika.az)
Seçilmişlər
Ən çox oxunanlar