Taleh Heydərov Londonda təqdimat keçirib
Tarix: 20-10-2014 11:45
Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş Avropa Azərbaycan Cəmiyyətinin məlumatına görə, Böyük Britaniyanın ali qanunverici orqanı olan Lordlar Palatasının rəsmi raportunda “Azerbaijani Service and Assessment Network”(ASAN) haqqında material yerləşdirilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi cəmiyyətin idarə heyəti adından Layonel Zetter həmin raportun təqdimatını təşkil edib. Bu barədə REWeb-in yaydığı xəbərdə bildirilir.
Qeyd olunur ki, Britaniya hökuməti ASAN xidmət modelinə ciddi maraq göstərir. Bu xidmətin müəyyən komponentlərinin Britaniyada tətbiqi məsələsi gündəmə gəlib.
Təqdimata müvafiq olaraq, bütün ASAN xidmət ödənişləri online həyata keçirilir, əhaliyə “keyfiyyəti və sürəti” xidmət göstərilir. ASAN çağdaş rəqəmsal texnologiyanın verdiyi üstünlüklərdən öz fəaliyyətində geniş şəkildə yararlanır. Bu xidmət Böyük Britaniyada olduğundan daha sürətlidir.
Korrupsiyanın qarşısını almağa və effektivliyi artırmağa yönəldilən ASAN konsepsiyası 2013-ci ilin yanvarından başlayaraq fəaliyyətdədir. ASAN xidmətinin altıncı mərkəzi 2014-cü ilin mayında açılıb, bu şəbəkənin 2015-in sonuna kimi bütün Azərbaycanı əhatə edəcəyi gözlənilir. Hər bir mərkəzdə gündəlik olaraq təxminən 2000 adama xidmət göstərilir. İndiyə kimi, ASAN xidmətdən üç milyondan çox adam istifadə edib. Mərkəzlər tamamilə şəffafdır, minimal bürokratiya var.
Korrupsiya və rüşvətxorluqdan tamamilə uzaq bir təşkilatdır. Bu xidmət müxtəlif hökumət quruluşlarını və nümayəndələrini bir araya gətirməklə öz müştərilərinə keyfiyyətli xidmət göstərir. Xidmətin keyfiyyətini yüksəltmək üçün vətəndaşların təkliflərinə xüsusi önəm verilir. (musavat.com)
Seçilmişlər
Ən çox oxunanlar