Partiya sədri Azərbaycan xalqını təbrik edib
Tarix: 04-06-2019 14:02
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını Ramazan Bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
"Əziz xalqım! Bu gün mübarək Ramazan bayramıdır. Bu münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul olunmasın diləyirəm.
Arzu edirəm ki, Allah oruc və namazlarınıza xatir ölkəmizə əminamanlıq, bolluq, bərəkət gətirsin. Heç kimə sirr deyil ki, ölkəmiz kifayət qədər problemlər içərisindədir. Ötən müqəddəs Ramazan ayı ərzində edilən duallarımızın ölkəmizdə inkişafın bərqərar olmasına rəvac versin.
Allah xalqımızı xəyanətdən uzaq etsin, ölkəmizin müstəqilliyi daimi olsun. İnanıram ki, tezliklə qara buludlar ölkəmizin üzərindən gedəcək. Qarabağ məsələsi də tezliklə həllini tapacaq".
Seçilmişlər
Ən çox oxunanlar