Ramil Usubov mərhum generalın qardaşı oğluna vəzifə verdi - YOL POLİSİNƏ RƏİS TƏYİN ETDİ
Tarix: 04-02-2019 23:59
Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisi sistemində daha bir dəyişiklik edilib.
Nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Emin Musayev mərhum general Rasim Musayevin qardaşı oğludur/avtosfer
Seçilmişlər
Ən çox oxunanlar