İcra başçısının oğlunun Kanadada 1,3 milyonluq əmlakı - Foto
Tarix: 03-09-2019 16:57
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada bir şirkətə və bahalı əmlaka sahib olduğu məlum olub.
GÜNpress.az-ın “Haqqin.az”a istinadən verdiyi xəbərə görə, Sosial media bloqqerləri Anar İsmayılovun əmlakının Torontonun şimalındakı Nort York rayonunda olduğunu müəyyən edə biliblər.
Məmur oğlunun əmlakının dəyərinin 1,3 milyon dolları keçdiyi bildirilir.
“opencorporates” resusunda Anar İsmayılovun direktoru olduğu şirkəti tapmaq mümkün olub. . Şirkət adında yalnız nömrələr var və onun nə işlə məşğul olduğu məlum deyil.
Qeyd edək ki, Nazim İsmayılov 2001-ci ildən Göyçay, Şamaxı, Sabirababad rayonlarının başçısı vəzifəsində çalışıb. O, bu ilin mayından Saatlı rayonuna rəhbərlik etməyə başlayıb.
Seçilmişlər
Ən çox oxunanlar