Prezidentlər telefonla danışdılar
Tarix: 14-08-2019 11:41
Azərbaycan prezidenti İlham Əliyev və İran lideri Həsən Ruhani arasında telefon danışığı olub.
GÜNpress.az İran prezidentinin saytına istinadən xəbər verir ki, Həsən Ruhani telefon danışığı zamanı Azərbaycanı qardaş ölkə adlandırıb.
“Tehran Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verir. Azərbaycan bizə dost və qardaş ölkədir və əməkdaşlığımız daha da dərinləşəcək”.
Azərbaycan prezidenti isə öz növbəsində iki ölkə arasında münasibətlərin yüksəsk səviyyədə olmasını Bakı və Tehranın atdığı qarşılıqlı addımlarla əlaqələndirib.
Seçilmişlər
Ən çox oxunanlar