Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək
Tarix: 27-08-2019 12:58
Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayır.
Müdafiə Nazirlliyindən GÜNpress.az -a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Təlim sentyabrın 6-dək davam edəcək.
Seçilmişlər
Ən çox oxunanlar