Müdafiə Nazirliyi yayılan videoya reaksiya verdi
Tarix: 21-04-2015 17:47
Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı yayılan video görüntülərlə bağlı məlumat yayıb.
Gunpress.az xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir. Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə Müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.
Seçilmişlər
Ən çox oxunanlar