Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır - Deputat
Tarix: 19-04-2019 00:00
Həll olunmamış münaqişələr dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş beynəlxalq terrorizm üçün münbit zəmindir.
Bunu Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının "Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirdiyi konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədrinin sözlərinə görə, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan "boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir.
Ə. Hüseynli əlavə edib ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.
Komitə sədri qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir: "Respublikamız təhlükəsizlik və sabitlik göstəricinə görə regionun lider ölkəsidir”.
O, bildirib ki, Azərbaycan parlamenti də terrorizmlə mübarizə sahəsində öz töhfəsini verir:
"Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub”.(Ölkə.Az)
Seçilmişlər
Ən çox oxunanlar