Xanım icra başçısı prezidentin adından sui-istifadə edib - Fotolar
Tarix: 10-04-2019 10:56
Bakının Abşeron rayonunda 2 il əvvəl park, yaşıllıq salınacağı vədi ilə sökülən qarajların yerində fərdi yaşayış evləri tikilib.
GÜNpress.az AzPolitika.info-ya istinadla bildirir ki, sakinlərin məlumatına görə, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.
Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib. O, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahəti üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşib və şikayətlərini dayandırıblar.
Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmaq üçün fərdi evlər və obyektlər tikməyə başlayıblar.
Bu işlərə isə, bir başqası yox, elə icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib, bu zaman isə xeyli sayda ağac məhv olunub.
Sakinlərə məxsus qarajların yerində tikilən ev və obyektlərdən bir neçəsinin fotosunu təqdim edirik:
Seçilmişlər
Ən çox oxunanlar