Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Səhiyyədə islahat nədən başlasın? – Oqtay Şirəliyev üçün yolun sonu

Tarix: 14-03-2019 09:48   
 

Yeni təqvim ilindən etibarən Prezident İlham Əliyev köklü islahatlara start verib. İslahatlar daha çox sosialyönümlü olmaqla, insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəlib. Bununla yanaşı, bir sıra kadr və struktur dəyişiklikləri də aparılır.

İctimaiyyət bu islahatların səhiyyə sahəsini də əhatə edəcəyinə böyük ümidlər bəsləyir. Cəmiyyət arasında gedən söhbətlər, sosial şəbəkələrdəki müzakirələr, ekspert rəyləri səhiyyədə islahatların vacibliyini deməyə əsas verir.

İctimaiyyət səhiyyə sahəsində ciddi kadr dəyişikliklərinin vacibliyi haqda da danışır.

Bir sözlə, nəzərə alsaq ki, bu gün Azərbaycan vətəndaşının daha çox narazı qaldığı sahələrdən biri məhz səhiyyə sistemidir, o zaman bu sahədə də ciddi islahatlara ehtiyac yarandığını vurğulamaq olar.

GÜNpress.az xəbər  verir ki, Modern.az saytı "Hazırda Azərbaycanda səhiyyəsində hansı islahatlara ehtiyac var” sualı ilə mütəxəssislərə müraciət edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, səhiyyə sahəsindəki islahatlar mərəhələli şəkildə aparılır: "2003-cü ildən indiyədək cənab Prezidentin xüsusi diqqəti sayəsində ölkədə 700-dək müasir səhiyyə müəssisəsi yaradılıb, kadr təminatı həyata keçirilir, artıq rezedentura Azərbaycan Tibb Universitetində fəaliyyət göstərir, Beynəlxalq səviyyədə əlaqələr qurulub. Bunlarla yanaşı, səhiyyənin optimallaşdırılması sahəsində icbari tibbi sığortanın tətbiqi üçün həm hüquqi norma, həm də təşkilati əsaslar yaranıb. Artıq 3 ildir ki, icbari tibbi sığorta Yevlax, Mingəçevir, Ağdaşda  sınaqdan keçirilir. Bu il də icbari tibbi sığortaya daha geniş keçid ili elan olunub. Həm klinikalar, həm mütəxəssislər icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılır. İcbari Tibbi Sığorta Agentliyi Səhiyyə Nazirliyilə bir yerdə publik hüquqi şəxsə çeviriləcək dövlət səhiyyə müəssisələrinin attestasiyasını aparır, onların uyğunluğunu müəyyənləşdirilir. Gələn il müəssisələrin hamısı publik hüquqi şəxsə çevriləcək və icbari tibbi sığortanın tətbiqinə başlanacaq”.

"Səhiyyə sahəsindəki ciddi problemlər həll olunacaq”

Sədr müavini hesab edir ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanda əhalinin ciddi problem yaşadığı keyfiyyətli və əlçatan səhiyyə xidmətlərilə bağlı məsələlərin tam həll olunmasına gətirib çıxaracaq: "İcbari tibbi sığortanın tətbiqi üçün hər bir hüquqi əsas yaradılıb. Ötən ilin sonunda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə "İcbari tibbi sığorta haqqında” qanuna yüzdən çox əlavə və dəyişikliklər daxil oldu. Onlar da parlament tərəfindən geniş müzakirə edilərək, qəbul olundu. Hazırda TƏBİB Publik hüquqi şəxsin yaradılması istiqamətində işlər gedir, artıq icbari tibbi sığortanın maliyyə mənbələri də müəyyənləşib. Dövlət, işəgötürən və vətəndaş tərəfindən hansı məbləğdə ödənişlərin olunacağı məlumdur. İcbari tibbi sığortanın baza və  əlavə zərfləri var. Baza zərfi bütün Azərbaycan vətəndaşlarına, o cümlədən ölkəmizdə turist səfərində olan, əcnəbi, yaxud vətəndaşlığı olmayan əcnəbi statusunda yaşayan hər kəsə təcili və təxirəsalınmaz baza xidətindən istifadəyə imkan verəcək. Əlavə dəstəkdə isə 2 mindən çox tibbi müayinə və müalicə istiqamətləri nəzərdə tutulub ki, bu da vətəndaşlarımızın səhiyyə ilə bağlı ehtiyaclarının ödənilməsinə kifayət edəcək”.

"Maliyyə mənbələrindəki vəsait kifayət qədərdir”

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın təminatlı şəkildə işləməsi, büdcəsinə daha çox vəsait toplaması üçün iş yerləri tam olaraq leqallaşdırılmalıdır: "Hazırda hökumət bu sahədə tədbirlər görür. Amma icbari sığortanın tam tətbiqindən sonra vətəndaşlar özü anlayacaq ki, iş yerində əmək müqaviləsinin bağlanması onlar üçün nə qədər vacibdir. Ümumilikdə icbari tibbi sığorta qeyri-leqal məşğulluğun aradan qaldırılmasında mühüm rol oynayacaq. Bunun üçün müəyyən vaxt lazımdır”.

Parlamentari icbari tibbi sığortanın tətbiqi üçün ayrılan vəsaitin yetərli olmadığı haqda ikirlərlə razılaşmır: "Hələlik 1,5 - 2 milyard vəsait yetərlidir.  Bu vəsaitlə normal tibbi xidmət göstərmək mümkün olacaq. Bu vəsait indiki mənbələrdə var. Gələcəkdə 4 milyard olarsa, daha yaxşı. Bir məsəl var: "Plovun yağı çox olanda onun heç kimə ziyanı olmur”. Başlanğıc üçün bizə 1,5 milyard manat vəsait lazımdır. Bu vəsait də həm dövlət büdcəsi, həm işəgötürənlər, həm işçilər, həm də sərbəst iş fəaliyyətilə məşğul olan vətəndaşların ödənişləri hesabına formalaşacaq. Gələcəkdə icbari tibbi sığortanın büdcəsi də, maliyyə imkanları da, əməkhaqları da artacaq. Dövlətin iqtisadi gücü artdıqca, qeyd olunan 4 milyard manata da çatacağıq”.

"İcbari tibbi sığortaya ayrılan vəsait yetərli deyil”

Professor Adil Qeybulla bildirib ki, icbari tibbi sığorta tətbiq olunmayınca, səhiyyə sahəsindəki problemlər aradan qalxmayacaq:

"Bu sahədə hələ 1999-cu ildə fərman verilsə də, problem öz həllini tapmayıb. İndi də icbari tibbi sığorta tətbiq etmək istəyirlər. Amma bütün yanaşmalar göstərir ki, yanlışlıqlar çoxdur. Bu məsələdə mütəxəssislərdən, vətəndaş cəmiyyətinin üzvlərindən bircə nəfər də olsun müzakirələrə cəlb olunmayıb. Bu gün icbari tibbi sığortaya ayrılan vəsait də yetərli deyil. 1 il əvvəl apardığımız hesablamalara görə, xəstələnmə, əməliyyat və "çek-up”lar üçün təxminən xərclər 4 milyard manatdır. İcbari tibbi sığortaya ayrılan  vəsait isə 2 milyard manata yaxındır. Əhalinin çoxu işsizdir, əmək birjaları yoxdur. Bu səbəbdən  işsiz əhali də dövlətin çiyinlərindədir. Tələbələr, gəliri olmayanlar, hamilə qadınlar və s. də dövlət büdcəsindən maliyyələşməlidir. Özəl setorda çalışanlar isə öz maaşlarından sığortalanır. Bunlar çox az hissə təşkil edir. Bu vəsait haradan toplanacaq, maliyyə mənbərləri nədir? Yanaşmalar tətbiq olunanda bütün detallar öyrənilməlidir. Pilot layihələrdə xeyli fəsadlar yaşanır. Bunları görməzdən gəlmək olmaz. Bütün bunları nəzərə alaraq, respublika üzrə bu fəsadlar yaşanmasın deyə, hazırlıqlı olmaq lazımdır.

Bir misalla hər şey aydın olur: ABŞ-ın tibbi xərcləri federal büdcəni üstələyir. Biz isə mənbələr tapmadan, icbari tibbi sığortanı effektiv olaraq həyata keçirə bilməyəcəyik”.

Qeyd edək ki, mövcud problemlərlə bağlı bir neçə gün əvvəl iqtisadçı Natiq Cəfərli də şərh vermişdi. O, tibbi sığortanın tətbiqinin səhiyyə sahəsində problemlərin həll olunacağına pessimist yanaşaraq çoxlu sayda sualların mövcudluğunu qeyd etmişdi. Bu sualları cavablandırmaq üçün isə "ayıq səhiyyə nazirinin” olmadığını bildirmişdi.