Ramil Usubovdan iki generalla bağlı əmr - DİN-də mühüm dəyişiklik
Tarix: 15-01-2019 07:12
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.
GÜNpress.az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.
Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Xəbəri DİN-dən Unikal.org-a təsdiqləyiblər.
Xatırladaq ki, S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini təyin olunmazdan əvvəl də Əlahiddə Çevik Polis Alayının komandiri olub.
Seçilmişlər
Ən çox oxunanlar