Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

TƏCILI!!! Yanan binanı tikən şirkətin rəhbərliyi tutuldu

Tarix: 19-05-2015 16:36   
TƏCILI!!! Yanan binanı tikən şirkətin rəhbərliyi tutuldu
Binəqədi rayonu Azadlıq prospekti 200/36 saylı binada baş vermiş yanğınla əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi rəsmi açıqlama yayıb.
Maraqlı məqamlardan biri də odur ki, Bakı Şəhər İcra Hakimiyyəti hadisədə məsuliyyəti Binəqədi İcra Hakimiyyətinin üzərinə atır. cra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür. “Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.

Gunpress.az saytı olaraq , sözügedən şirkətdən münasibət öyrənmək üçün şirkətlə dəfələrlə əlaqə yaratmaq istədik. Amma şirkətə məxsus (99412) 561-55-11, (99450) 329-63-70; fax: (99412) 561-60-11 nömrələrinə cavab verən tapılmadı. Amma şirkətin yerləşdiyi ofisin qonşuluğunda yaşayan sakinlərin sözlərinə görə yanğın baş verəndən bir neçə dəqiqə sonra ofisdən bir neçə nəfər, əllərində qovluq ofisdən çıxıblar. Qeyd edək ki, şirkətin ofisi də Binəqədi rayonunda yerləşir. Belə bir şirkətin ofisinin isə şəhərin mərkəzində yox, Binəqədi rayonunda yerləşməsi heç də təsadüfi deyil. Binəqədi Rayon İcra Hakimiyyətinin də məsələyə reaksiya verərək, məsuliyyəti şirkətin üzərinə atması isə gözardı ediləsi məsələ deyil.

****

Bakıda yaşayış binasında baş verən dəhşətli yanğınla bağlı şirkət rəhbəri tutulub.

APA-nın xəbərinə görə, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə məlumatında qeyd olunur ki, 2015-ci il may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş vermişdir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunmuş, 37 nəfər xilas edilmişdir. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılmış, yaxınlıqdakı binalar yanğından mühafizə olunmuşdur. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 14 nəfər həlak olmuş, 27 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, respublikanın Baş prokuroru və daxili işlər naziri hadisə yerinə çıxıblar.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.

Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Gunpress.az