Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

"Tarixi dəyərlərimizin dəyişdirilməsinə yönəlmiş hər hansı bir hərəkəti qanuna zidd hesab edirik" - Dərbənddə nə baş verir?

Tarix: 22-03-2020 20:08   
"Tarixi dəyərlərimizin dəyişdirilməsinə yönəlmiş hər hansı bir hərəkəti qanuna zidd hesab edirik"
Dünyanın və ölkəmizin gündəmi koronavirusa qarşı mübarizəyə kökləndiyi bir vaxtda Rusiyanın Dərbənd şəhərində yerli azərbaycanlılarla ruslar arasında münaqişə baş verib. Dərbənddə yaşayan soydaşımız Şəhriyar Səmədov bununla bağlı facebook profilində paylaşdığı statusunda bildirib: "Dərbənd şəhərindəki Muzey-Qoruq Kompleksinin yeni təyin edilən direktoru Viktor Çesnakov elan edib ki, şəhərin azərbaycanlılar yaşayan qədim hissəsi hərraca çıxarılaraq satılacaq. Xəbərdən hiddətlənən soydaşlarımız bu il martın 16-da, günorta saatlarında qədim Cümə məscidinin qarşısında etiraz aksiyası keçirərək, Viktor Çesnakovdan hansı əsasla onların ata-baba yurdlarının satışa çıxarılmasının hesabını tələb ediblər. Aksiya zamanı toqquşma baş verib. Dərbənddə yaşayan əzizlərimiz bizdən hadisəni ictimailəşdirməyi xahiş edir. Biganə qalmayaq. Dərbənd, Narın Qala Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”.

Mövzu ilə bağlı GÜNpress.az saytına münasibət bildirən Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, şərqşünas-politoloq Vüsal Hətəmov qeyd etdi ki, məsələ siyasi çalar almamış həllini tapmalıdır. “Dərbənddə baş verən hadisələrə münasibətiniz necədir?” sualına cavab verən V.Hətəmov bildirdi ki, “sosial şəbəkələrdən və bəzi xəbər portallarından izlədikləri məlumatlar Azərbaycan Vətəndaş Hərəkatını narahat edir: “Tarixi abidələrə, özündə tarix yaşadan məskənlərə qarşı istənilən soyuq münasibət milliyyətindən, dinindən asılı olmayaraq, hər bir insanı narahat etməlidir. Dərbənddə baş verən son hadisələr isə həm də bir azərbaycanlı kimi bizə haqq verir ki, bu məsələdə münasibətimizi nümayiş etdirək. Ümumiyyətlə, acı da olsa, reallıqdır ki, Azərbaycan dövləti, bəlkə də, yeganə dövlətdir ki, öz tarixi torpaqları ilə həmsərhəddir. Hansı qonşu dövlətə ayaq basırıqsa, öncə tarixi Azərbaycan torpaqları ilə, öz azərbaycanlılarımızla qarşılaşırıq. Buna görə də həmsərhəd olan ölkələrdə baş verən hadisələr birmənalı şəkildə Azərbaycan ictimaiyyətini narahat edir”.

Bu hadisələrdə təxribat elementlərinin olmasını da istisna etməyən V. Hətəmov bildirdi ki, Rusiya-Azərbaycan münasibətlərinin müsbət fazada inkişafı erməni lobbisini qıcıqlandırır:
“Düşünürəm ki, son zamanlar Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf etməkdədir. Ola bilsin ki, Rusiyanın özündə belə, ermənipərəst qüvvələr bu isti münasibətlərdən narahatdır. Bilirsinizmi, Rusiya azərbaycanlılar üçün həm böyük iqtisadi bazardır, həm də Azərbaycan ölkəsi Rusiya üçün tranzit əhəmiyyət daşıyır. Bütün bunlar iki qonşu dövlətin sülh şəraitində yaşaması, bir-birinin tarixi dəyərlərinə hörmət etməsi üçün əsas amillərdəndir. ”
Qeyd edək ki, Azərbaycan Vətəndaş Hərəkatı üzvlərinin 2019-cu ildə Dərbəndə səfəri, Azərbaycan-Dağıstan Dostluq Cəmiyyətinin üzvlərilə görüşü keçirilmişdi. Hərəkat olaraq həmin Cəmiyyətlə əlaqə saxlayacaqlarını bildirən politoloq bununla bağlı hazırda hərəkatın idarə heyətində müzakirə aparıldığını bildirdi. “Azərbaycan XİN, Diasporla İş üzrə Dövlət Komitəsindən hansı addımların atılmasını gözləyirsiniz?” sualına cavablandırarkən Hərəkatın İdarə Heyətinin üzvü, şərqşünas-politoloq V. Hətəmov bildirdi ki, Azərbaycan rəsmiləri məsələni dəqiqləşdirməli və gündəmdə saxlmalıdır: “Düşünürük ki, bu məsələ Rusiya dövlətinin rəsmi qərarı deyil, lokal inzibati qərar xarakteri daşıyır. Və inanırıq ki, bu məsələ siyasi çalar almamış öz müsbət həllini tapacaq. Bunun üçünsə Azərbaycan rəsmiləri məsələni gündəmdə saxlamalıdır. İnanırıq ki, bugünkü Rusiya qonşuluq cəhətdən 25 il öncənin Rusiyası deyil, yəni bugünkü Rusiya Qarabağ müharibəsində Ermənistana havadarlıq edən Rusiya deyil. Artıq Azərbaycan da həmin dövrün Azərbaycanı deyil, kifayət qədər dünya və regional məsələlərə təsir edə biləcək bir dövlətə çevrilmişik. Və sevindirici haldır ki, bizim dünya və region məsələlərində təsirimiz, əsasən, hərbi deyil, mədəni istiqamətlərdədir. Bir sıra ölkələrdə mədəni-idman-təhsil proqramlarına verdiyimiz əsaslı dəstək bunun bariz nümunəsidir. Odur ki, Azərbaycanın tarixi torpaqlarında tarixi dəyərlərimizin itirilməsinə, dəyişdirilməsinə, aşınmasına imkan verməyəcəyik. Və UNESCO-nin bəşəriyyətin maddi irsi siyahısına daxil edilmiş qədim Dərbənddə tarixi dəyərlərimizin itirilməsinə, yaxud dəyişdirilməsinə yönəlmiş hər hansı bir hərəkəti qeyri-sivil və qanuna zidd hesab edir, aidiyyəti qurumları buna imkan verməməyə çağırırıq".


{sape_links}{sape_article}