Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Üç həmsədrin bir cavabı : "Bacarırsınızsa torpaqlarınızı özünüz işğaldan azad edin..."

Tarix: 07-02-2020 00:32   
Üç həmsədrin bir cavabı
Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlarını aparan ATƏT-im Minsk Qrupu, yəni vasitəçi dövlətlər – ABŞ, Fransa, Rusiya 26 ildir deyirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Münaqişə də bu yolla həll olunmur.
İşğalçı ölkə hər üç dövlətə məlumdur, amma heç bir təsiredici addım atılmayıb. Heç bu gündən sonra da belə bir şey olası deyil. Amma, atəşkəs pozulanda üzlərini turşudub deyirlər ki, belə olmaz. İstəyirsən ki, bu üç dövlətin hər birinə ayrılıqda sual verəsən. Sual sadəlövh görünə bilər, amma bəzən sadə həqiqətlər elə sadəlövh sözlərdən üzə çıxır. Məsələn, Rusiyadan başlayaq. Almanlar 1941-ci ildə Moskvanın 22 kilometrliyinə qədər gəlib çıxanda niyə atəşkəs elan edib, Hitlerlə sülh danışıqları aparmadınız? Və ya çeçenlər dövlətlərini elan edəndən sonra niyə Qroznının altını üstünə çevirdiniz? Fransaya müraciət edək: Niyə almanların işğalı ilə barışmadınız və Şarl de Qoll müqavimət hərəkatını başlatmaq əvəzinə, niyə sülh söhbətləri etmədi? ABŞ-a sual ünvanlayırıq ki, niyə Perl-Harborun heyfini atom bombası ilə alıb Yaponiyanı dağıtdınız? Ola bilməzdi ki, sülh yolu ilə məsələni həll edəydiniz? Hər üç dövlətin cavabı məlumdur: bacarırsınızsa siz də müharibə edib torpaqlarınızı azad edin. Başqa cavab olmayacaq. Azərbaycan kimi kiçik dövləti dünyanı idarə edən super dövlətlərlə müqayisə ilk baxışda uğursuz sayılsa da, vətən anlayışı böyük kiçikliyə baxmır. İşğalçının kimliyindən asılı olmayaraq işğala məruz qalan dövlət, o dövlətin sahibi olan xalq, xalqın etimad göstərdiyi şəxs torpaqları azad etməlidir! Yəni, Azərbaycan bacarırsa torpaqlarını işğaldan azad etsin.

Minsk Qrupunun vəzifəsi sülhdən danışmaqdır, amma sən bildiyini, daha doğrusu bacardığını elə. 30 illik reallıq isə belədir: biz torpaqlarımızı azad edə bilmirik. Bu yolda heç bir iradə ortaya qoyulmayıb.
Səbəb nədir? Deyilənə görə Azərbaycan ordusu dünya çapında hansısa yuxarı mövqelərdədir, kifayət qədər büdcədən pul ayrılıb. Hərçənd, təhsili, səhiyyəsi, məmur heyəti və çox işi pis olan ölkənin ordusunun yaxşı olması sual doğurmaya bilmir. Görünür, sistemin tərkib hissəsi kimi nəyin necə olması ən yaxşı onu idarə edənlərə məlumdur və bu mənada riskli addımlar atmaqdan imtina edilir. Bu elə mövzudur ki, onu sona qədər açıb-ağartmaq da olmur, açsaq çox daşlar yerindən oynayar.

Başlıqda verilən sualı ya fərd, ya da toplum olaraq hər gün özümüzə veririkmi? Məhz bu sual, sosial problemlər içində boğulan əksəriyyətin heç yuxusuna da girmir. Sosial problemi olmayanların, xüsusilə yuxarı məmur heyətinin isə nənki gündəmində, heç aylığında, illiyində də belə bir sual yoxdur. Olsaydı, vətəni işğaldan azad etməyi tələb üçün millət ayağa qalxsaydı, savaşsaydı, ölsəydi, yəqin ki, vətəni azad etmiş olardı. Potensialımız bütün sahələrdə üstün olduğu halda nədi bizim qarşımızı kəsən? Standart cavab - Rusiya. O zaman daha bir sual yaranır: Avropa postsovet respublikaları içərisində Rusiya ilə ən çox hansı respublika ilə dostluq, yaxınlıq edir? Onun cavabını bu günlərdə Putinin sözçüsü Jirinovski dedi - hamısı üzünü Qərbə tutub, Azərbaycandan başqa. Elə isə Rusiya ilə bu dostluqdan Qarabağ münaqişəsində niyə yararlanmırıq, istifadə etmirik? Dərin siyasətdən sitat gətirib Rusiyanın Ermənistan siyasəti ayrı, Paşinyana münasibəti ayrı deməyin. Düşmənimiz çoxdan Rusiyadan imtina edib, Rusiyanı suverenliyinə təhlükə kimi gördüyünü açıq deyir. Erməni gələn 2021-ci ildə Naxçıvanı tələb edir, 1921-ci il Rusiya-Türkiyə müqaviləsinə yenidən baxmağı şərt kimi qoyur. Bizdə necə, Qarabağ Rusiyadan istənilirmi, bu dostluğun müqabilində Rusiyadan Qarabağ tələb olunurmu? Rusiyadan istənilən başqa məsələlərdir. Və Rusiya deyilən kimi də əlini qabaq verməyib, necə deyərlər “не так страшен черт как его малюют”.

Biz düşmən qarşısında çox miskin, aciz bir durumdayıq. Düşmən güclü deyil, sadəcə biz gücsüz, aciz duruma salınmışıq. Düşmən Qarabağ torpaqlarında gözümüz baxa-baxa özünə dövlət qurur, seçki keçirir, dövlət başçısı seçir, turizmi inkişaf etdirir, iqtisadiyyatına yüzlərlə xarici şirkət investisiya qoyur, çalır, çağırır, qurur, tikir. Biz də.., biz də bunları gözüylə görən və vecinə almayan, qüruruna toxunmayan, başını aşağı salan, onun-bunun generalına “generalım, şəhidim” deyib boz bir cəmiyyətə, topluma çevrilmişik. Bu ölkənin sahibi olan titul-etnosun bu ölkədə yaşayan digər xalqların artıq lağ hədəfi olduğunu bilirsinizmi? Bir az bərk danışanda bizə ermənini göstərib, deyirlər ki, səsinizi düşmənə ucaldın, bizə yox! Ona görə də yerindən duran bizlə torpaq davası döyür.
31 marta az qalıb. Düşmən növbəti göz dağına hazırlaşır. Biz nəyə hazırlaşırıq?

İlham İsmayıl