Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

SULTAN BƏYİN GORU ÇATLADI - Aqil ABBAS

Tarix: 31-10-2019 21:01   
SULTAN BƏYİN GORU ÇATLADI
Ötən əsrin əvvəlində Qarabağı, Şuşanı erməni işğalından, daha dəqiq desək, Androniki və onun faşizm yaranmadan faşistlik edən quldur dəstələrini məhv edən, çıxdıqları yerədək qovan Sultan bəy Sultanovu yəqin ki, gənclər tanımır.

Bilmirəm tarix dərsliklərində adı var, yoxsa yox. Yəqin ki, olmaz. Vaqif Bayatlının Səttar Bəhlulzadəyə həsr etdiyi şeirdə belə bir misra var:

Bəzən insan unudulanda

Ölümlər də gerçək olur.

Tarix də unudulanda torpaqlar işğal edilir.

Nə isə…


Sultan bəyin məzarı Qarsdan 60 km. aralıda yerləşən Köçköy (kəndin adına baxın – Köçköy, yəni köçkünlər kəndi) adlı bir kənddədi. Mən də bir gün ürəyim istədi getdim həmin kəndə, Sultan bəyin məzarını ziyarət etməyə. Bu kəndin 60-70 faizi demək olar ki, Laçından Sultan bəylə bərabər Sovet repressiyasından canlarını qurtarmaq üçün Türkiyəyə köçənlərdi.

Sultan bəy əvvəlcə İrana keçmişdi, Sovet hökuməti İrandan təkidlə tələb edirdi ki, Sultan bəyi Sovetlərə təhvil versin. Şah gördü ki, Bəyi burda saxlamağa gücü çatmır, çağırıb xahiş elədi ki, İranı tərk eləsin.

Onda Atatürk Sultan bəyə sahib çıxdı , Türkiyəyə dəvət elədi, ona və qohumlarına, yəni onunla gələnlərə kənd bağışladı. Və Sultan bəy ömrünün sonunadək həmin kənddə yaşadı.

Qəbiristanlıqdakı başdaşıların demək olar ki, əksəriyyətinin arxasına kiril əlifbası ilə «Laçın» yazılıb. Belə məzarlar adətən əmanət məzarı sayılır. Haçansa onların nəşini qaytarıb doğulduqları torpaqda basdıracaqlar.

Necə ki, 26 ildi Qarabağdan kənarda dəfn olunan bizlərin də məzarı əmanət sayılır. Yəni haçansa həmin məzarları Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına və sair və ilaxır köçürəcəklər.

Vaqif Səmədoğlu yazır:

Məzarıma

Nə başdaşı qoyun,

nə heykəl,

bir cüt ayaqqabı qoyun,

ayaqyalın geyib getsin.


Sultan bəyin məzarının üstündə də nə başdaşı var, nə heykəl. Heç bir cüt ayaqqabı da yoxdur ki, haçansa Laçın azad olunanda geyinib gəlsin Laçına.

Məzar çox acınacaqlı vəziyyətdədi. Dedim də, başdaşı yoxdu, başdaşının yerində bir kubik var. Məzarın üstündəki torpaq dağılmasın deyin ətrafına daş düzüblər. Yəni yerli əhali deməsə, heç kim bu məzarın bu millətin böyük oğlu, qeyrətli oğlu, Andronikin qulağını kəsən oğlu Sültan bəyin olduğunu öyrənə bilməz. Mənim maşınımı sürüb həmin kəndə aparan qarslı balası, Vurğun Əyyubun ən sevimli tələbəsi Aykut (bütün ıqdırlılar, qarslılar, ərzrumlular kimi azərbaycanlı kökənli ) orda təxminən 100-ə qədər şəkil çəkdi. Bakıya dönərkən Gürcüstanda maşını bir çayxanada saxlayıb yorğunluğumu çıxarmaq istərkən, həmin şəkillərə baxmaq üçün telefonu açdım. Mənim də internetdən, telefondan «əla» başım çıxır. Nə isə, hansısa düyməni basdım, bir anda bütün şəkillər məhv oldu. Az qaldı ürəyim partlaya. Çox istədim geri qayıdıb həmin kəndə gedim və şəkilləri yenidən çəkim. Təbii ki, bunu edə bilmədim.

Və bir anlıq fikirləşdim ki, yəqin Sultan bəyin ruhu istəməyib ki, Azərbaycan xalqı onun belə bərbad və acınacaqlı qəbirini görsün. Vallah, o şəkilləri onun ruhu pozmuşdu.

Türkiyədə çox gözəl bir qanun var. Düzdür, mən bəzən o qanunları qınayıram. Deməli, qardaş ölkədə məzarlar bir-birindən fərqlənməli deyil, bu bir. İkincisi, bir məzarın üstünü götürmək istəyirsənsə həm Türkiyənin Daxili İşlər Nazirliyindən, həm də Mədəniyyət Nazirliyindən icazə alınmalıdır.

Yəni bizdəki kimi, hər kəs dədəsinin qəbrinin üstünə heykəl yapa bilməz və ya qara mərmərdən yüz min dollarlıq nəsə qura bilməz və sair və ilaxır.

Yəni hansısa yüksək dövlət məmurunun, bakanın, ya icra hakimiyyəti başçısının dədəsinin qəbri hansısa bir imkansızın qəbrindən fərqlənməli deyil. Təbii ki, həmin şəxs dövlət və millət üçün böyük önəm daşımırsa.

Vaxtilə Azərbaycanın Qarsda Baş konsulu işləmiş Həsən Zeynalov Kərbəlayi İsmayılın Iqdırdakı məzarını adına layiq götürmək üçün bir neçə il çalışdı. Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi ilə az qala savaşa çıxdı. Təbii ki, Azərbaycan iqtidarı da Həsən Zeynalova böyük dəstək verirdi. Nəhayət, Türkiyə hökuməti Kərbəlayi İsmayılın məzarının üstünün götürülməsinə və büstünün qoyulmasına icazə verdi. Amma onu da qeyd edim ki, Həsən Zeynalov Kərbəlayi İsmayılın məzarını abadlaşdırarkən Iqdırdakı həmin qəbiristanlığı tam abadlaşdırdı ki, orda yatanların əzizləri də Həsən Zeynalova və Azərbaycan hökumətinə təşəkkür elədi.

Həsən müəllimdən sonra Qarsda Baş konsul işləyən Ayxan müəllim də Sultan bəyin məzarının götürülməsinə çox çalışdı, amma alınmadı. Ya gücü çatmadı, ya da vaxtı. Bilmirəm, həmin məzar yenə əvvəlki kimidi, yoxsa yox. Yəqin elə əvvəlki kimidi, yoxsa qəzetlər (söhbət bizim yox, Türkiyə qəzetlərindən gedir) bunu bizə minnət kimi manşetlərə daşıyardılar.

Azərbaycanı , Bakını rus-erməni işğalından azad edən Nuru Paşanın şəhid olmuş əsgərlərinə ölkəmizin hər yerində abidələr ucaldılıb. Heç uzağa getməyək, Bakı-Şamaxı yolunda bir türk əsgərinin məzarı var.

Mən uşaq olarkən (onda Bakı-Kürdəmir yolu yoxuydu, maşınların hamısı Bakı-Şamaxı yolu işləyirdi) haçan Bakıya gələrdiksə atam maşını həmin əsgərin dəfn olunduğu yerdə saxladardı. Məzar da yoldan xeyli uzaqdadı, bizi götürüb aparardı məzarın üstünə. Bir «Fatihə» surəsi oxuyardı, sonra bizə bu məzarın sahibinin kim olduğunu anladardı. O vaxtdan bəlkə 60 il keçir, mən həmişə o yoldan keçəndə ailəmlə, balalarımla maşını saxlayar, bir «Fatihə» surəsi oxuyaram. Sonra Azərbaycan hökuməti, daha dəqiq desək, Ulu Öndər hakimiyyətə gələndən sonra həmin yerdə bir mavzoley yaratdı. Təkcə mən yox, ordan kim keçərsə ya maşınlarını saxlayarlar, düşüb ziyarət edərlər, ya da ən azı bir «Fatihə» surəsi oxuyarlar. Və Bakıda da Şəhidlər Xiyabanında böyük bir abidə ucaldılıb.

Deyirlər biz qardaşıq axı, mən də elə düşünürəm. Bəlkə də Azərbaycanda ən böyük pantürklərdən biriyəm. Çünki gözümü açandan atam məni belə tərbiyə edib, mən də övladlarımı elə tərbiyə etmişəm. Yəni doğrudanmı Türkiyə hökuməti Sultan bəyin məzarını götürə bilməz? Ola bilər bu gün Türkiyə iqtisadi baxımdan bir az çətinlik çəkir, kardeşim, icazə verin, necə Kərbəlayi İsmayılın məzarını götürtmüşük, Sultan bəyin də məzarını götürək. Demirəm üstünə ya heykəl qoyaq, ya nə bilim nə, heç olmasa səliqəyə salaq. Ən azı ona görə ki, bugünki Türkiyənin qurucusu, bugünki Türk dövlətinin banisi Atatürkün ən yaxın arkadaşlarından biri olduğu üçün.

Yaxşı, bunu buraxdıq Türkiyənin üstünə, onsuz da həll etməyəcəklər.

Ermənistanda Sultan bəyin qulağını kəsdiyi Andronikin heykəlini ucaltdılar. Həmin vaxt Sultan bəyin Qarsda həmin kənddəki goru çatladı.

Yəni doğrudanmı ölkəmizdə Sultan bəyə bir heykəl ucaldıla bilməz?

Ermənilər Njdeyə , Andronikə heykəl ucaldırlar, hətta gedib Gürcüstanda bir insan qatilinə heykəl ucaldırlar, biz isə özümüzün qeyrətli oğullarımızdan biri Sultan bəyə heykəl demirəm, Allahın adicə bir büstünü qoymuruq.

Niyə görəsən? Bəlkə qorxuruq ki, ermənilərin xətrinə dəyər?!

Nə isə… Amma onu bilirəm ki, Sultan bəyə hardasa bir heykəl qoyulmasa da, Azərbaycan xalqının qəlbində onun çox böyük heykəli var.

Sultan bəy, Laçın azad olunacaq. Eybi yox, onda nəşini Laçına daşıyarıq, heykəlini də Laçında ucaldarıq.