Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Ay vicdansız...

Tarix: 30-09-2014 14:41   
Ay vicdansız...
Tanışım oğluna toy edəndə bəy hələ hərbi xidmətini başa vurmamışdı. O vaxt bunu onun diqqətinə çatdıranda cavabı belə olmuşdu: “Komandirlə danışmışam, tezliklə evə buraxacaqlar. Toya kimi üç-dörd gün zamanı olacaq. Yəqin o vaxta kimi özünə gələr”.

Başqasının işinə qarışmağa həvəsli olmasam da, dilimin ucundakı sözləri geri qaytara bilməmişdim: “Amma bir az tələsirsən. Gərək gözləyəydin, uşaq özünə iş-güc tapandan sonra evləndirəydin”.

Tanışımın cavabı özünü çox gözlətməmişdi: “Tək uşaqdır, istəmədim ləngidim. Dolanışıq sarıdan narahat olma. Biz nə tapsaq, bir böyründən də onlar yeyəcəklər. Elə bilərəm ki, bir yox, iki uşağım var”.

Bu söhbət bizim aramızda beş ay əvvəl olmuşdu. Toydan sonra bir daha qarşılaşmadığımız üçün gənc ailənin taleyindən xəbər tutmamışdım. Yalnız üç gün əvvəl rastlaşanda bildim ki, bu ilin aprelində qurulan ailə dağılmaq təhlükəsi ilə üzləşib...

İşlərin yaxşı getmədiyini tanışımın sifətinə baxanda anladım. Qaş-qabağı yerlə süründüyü üçün onun qeydinə qalmaq istədim: “Ay qağa, evdə-eşikdə salamatlıqdırmı?”

Əvvəlcə həvəssiz cavab verdi: “Uşaqlar yola getmirlər. Bir aydır ki, gəlin gedib oturub atasının evində. Nə ağsaqqal eşidir, nə ağbirçək...”

Onu sakitləşdirməyə çalışdım: “Fikir eləmə, cavandırlar. Bir də gördün ki, özləri barışdılar”.

Tanışım yenə dilini sürüdü: “Bunlarınkı barışmaqdan keçib. Gələn həftə məhkəmələri olacaq”.

Əməlli-başlı narahat oldum: “Uşaqları bədbəxt etməyin. Oturub söhbət edin. Görün, nə problemləri varsa, özünüz yoluna qoyun”.

Deyəsən, tanışımın dərdini təzələmişdim. İndi daha həvəslə danışırdı: “Əslində, qızda günah yoxdu. Günah bizim oğlandadı. Beş aydı əsgərlikdən gəlib, hələ bir manatın yiyəsi deyil. Qız da deyir ki, mənə avara adam lazım deyil”.

Özümü saxlaya bilmədim: “Ay vicdansız, beş ay əvvəl sənə deməmişdim ki, tələsmə, uşaq özünə iş-güc tapsın, sonra evləndirərsən. Amma məni eşitmədin...”

Tanışım günahkar adamlar kimi başını aşağı saldı: “O vaxt fikirləşirdim ki, biz nə tapsaq, bir böyründən də onlar yeyərlər. Amma bizim yediyimizi onlar bəyənmədilər”.

Söhbəti uzatmağın mənası yox idi. Buna görə də soz sözümü deyib, sağollaşmadan ayrıldım: “Uşaqları birtəhər yola gətirin. Yoxsa, bu dünyada olmasa da, axirətdə bu əməlinizin cəzasını çəkəcəksiniz”.

...İki-üç gün əvvəl öyrənmişəm ki, son 6 ayda Azərbaycanda 7 min ailə dağılıb. Boşanan gənclərin böyük əksəriyyətinin arqumenti eynidir: “Bir-birimizi başa düşmürük”.

Bu, bəhanə deyil, həqiqətdir. Onlar bu etiraflarında çox səmimidirlər. Doğrudan da onlar bir-birilərini başa düşmürlər. Çünki onlar bir-birilərini sevib evlənməyiblər. Onları analar, bacılar, xalalar, bibilər bir-birilərinə “calaq ediblər”. Calaq isə həmişə “tutmur”. Amma inanıram ki, bu təcrübəsiz gənclərin və valideynlərinin ən azı birindən ayrılmaq məcburiyyətində qalan günahsız körpələrin ahı kimlərisə tutacaq. Mütləq tutacaq...
qafqazinfo