Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Dövlət baba, hökumət ata, yetim övlad

Tarix: 11-05-2017 13:26   
Bizim camaat çətinə düşən kimi dövlətin qarasına danışmağı çox sevir. Haqqı olan da, olmayan da dövlətdən nəsə umur. Umacağını ala bilməyəndə isə dişinin dibindən çıxanı deyir.

Düzü, son dövrlər kimsə bunu açıq şəkildə ifadə eləmir, amma öz aralarında hamı dövləti suçlu çıxarır. Təbii ki, yanlış yapırlar, özü də böyük yanlış.

Vallah, bizim camaatın çoxu dövlətin nə olduğunu anlamır. Bəli, narazı qaldıqları, umacaqları olduqları, tənqid elədikləri, hətta təhqir elədikləri ünvan var. Amma o ünvanın adı dövlət deyil. Bəzən oxumuşlarımız da narazı qalan kimi dövləti dillərinə dolayıb günah keçisi elan edirlər. Nə yazıq ki, bu millət dövlətlə hökuməti, hökumətlə hakimiyyəti bir-birindən ayıra bilmir.

Mən azdan-çoxdan oxumuşam, dünyanın gərdişindən də xəbərsiz deyiləm. Dövlətin nə olduğunu elmi izahlarla, fundamental əsaslarla, terminlərlə, hüquqla, siyasətlə izah etməyə cəhd etmək istəmirəm. Çünki onu məndən qat-qat yaxşı edə bilənlər tapılar. Lakin o izahı çoxu anlamayacaq, yenə də Əli ilə Vəlinin papaqları dəyişik düşəcək. Yenə hamı çətinə düşən kimi dövləti söyəcək. Odur ki, öz anladığım kimi izah edim.

Dövlət dünyanın hər üzünü görmüş babadır. Hökumət isə bivec ata. Bizlər isə yetim övladlarıq. Nə yazıq ki, bizim hökumət ata bivecdir, unutqandır, övladını deyil, özünü fikirləşən birisidir. Bəlkə də elə buna görə övladlar belə bir oğul böyütdüyünə görə Dövlət Babaya sitəm edirlər? 
Nə isə keçək detallara…

Hökumət ata bivec olsa da, illərin ağırlığını çiyinlərində daşıyan Dövlət Baba türklər demişkən babacan birisidir. O dövləti söyənlər var ha, bilsələr ki, Dövlət Baba kimdir, utanarlar.

Mən atasız böyüdüm, dövlət nədir bilirəm. Hökumət kişinin başı özünə qarışanda Dövlət Baba şəhid övladının əmanətinə sahib çıxdı.

Dövlət bilirsinizmi nədir?

Şəhid balalarının başına sığal çəkən, sınıqlığına məlhəm olan böyük kişidir.

Dövlət Baba Vətənə qurban verdiyi övladları üçün ağlayan, sızlayan, beli bükülən yox, onun əmanətlərinin göz yaşlarını silən ötkəm və qürurlu kişidir.

Dövlət bilirsiniz, kimdir?

Dövlət şəhid balasının cənazəsi üstündəki bayrağı bağrına basıb «Vətən sağ olsun» deyə bilən atalardır.
Dövlət göz yaşlarını içinə axıdan amma, başını dik tutan şəhid analarıdır.
Dövlət atasını uşaqikən itirsə də, ötkəmliyi ilə dədəlilərə dərs keçə bilən şəhid balalarıdır.
Dövlət ayağını, əli-qolunu itirən qazilərdir.
Dövlət qışın sazağında, yayın qurağında səngərdə duran əsgərlərdir.
Dövlət bu cümlələri oxuyanda ürpərən, gözləri dolan, qürurlanan və Dövlət Babanın kim olduğunu anlayanlardır.

Dövlət sənsən, dövlət mənəm, dövlət bizik…