Erməni olduğu deyilən müğənninin sənədləri yayıldı
Tarix: 10-09-2014 12:00

“Qafqazinfo” Natəvanın atası Muradov Şamil Paşa oğlu, anası Həbibova Nərgiz Ələkbər qızı, dayısı Həbibov Əhməd Ələkbər oğlu, əmisi Muradov Kamil Paşa oğlu, xalası Həbibova Nəcibə Ələkbər qızının doğum haqqında şəhadətnamələrini əldə edib. Doğum haqqında şəhadətnamələrdə müğənninin və onun ailəsinin “erməni” olması ilə bağlı heç bir məlumat əks olunmayıb.
Prodüser Tolik “Qafqazinfo”ya açıqlamasında müğənninin doğum haqqında sənədinin dəyişdirdiyini, sənədi 2014-cü ildə aldığını iddia etmişdi.
Qeyd edək ki, sənəddə Həbibinin doğum haqqında şəhadətnaməsinin verilmə tarixi 1984- cül il, yenilənmə tarixi 2014-cü il göstərilir. Sənədin yenilənməsi Türkmənistanda “Ümumi Sənəd Yenilənməsi Qanunu” ilə əlaqədardır.
Seçilmişlər
Ən çox oxunanlar