Rüfət Axundova efir qadağası qoyuldu
Tarix: 08-04-2019 12:56
Müğənni Rüfət Axundova efir qadağası qoyulacaq.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev bu barədə kanallara şifahi xəbərdarlıq göndərəcək.
Qeyd edək ki, məsələ ilə bağlı MTRŞ-da iclas keçirilib. Yekun rəyə əsasən, A. Hacıyev televiziya rəhbərlərinə bu gün müraciət edəcək.
Xatırladaq ki, Rüfət söyüşlü görüntüləri montaj edərək səhifəsində paylaşmış, efirdə qeyri-etik söz demədiyini bildirmişdi.
Seçilmişlər
Ən çox oxunanlar