“Baş bankir xalqdan 12 milyard oğurlayıb” – HAFİZ HACIYEV
Tarix: 23-02-2015 18:55
“Elman Rüstəmov ölkə başçısının tapşırıqlarına laqeyid yanaşaraq, xalqı aldadıb”.
Bunu Simsar.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, ölkədə devalvasiya tədricən getsəydi, bu gün belə vəziyyət yaranmayacaqdı: “Bu gün mağazalarda hər şeyin satışı dayandırılıb, qiymətlər süni şəkildə qaldırılıb. Xüsusilə, ölkədə istehsal olunan malların qiyməti dayanmadan artır. Bunların hamısı xalqı narazı salmaq üçündür. Günahkar isə Elman Rüstəmovdur. Nazirliklərin gördükləri işlər isə heç bir səmərə vermir”.
Partiya sədrinin sözlərinə görə, AMB sədri ölkə başçısının illərlə qazandığı uğurların üstündən xətt çəkir: “Təcili olaraq bu məsələyə ən yüksək səviyyədə reaksiya verilməlidir. Dövlət başçısı qəti fikirini bildirməlidir”.
“Elman Rüstəmovun xarici banklarda kifayət qədər kapitalı var. O, həmin pulları Azərbaycan xalqından oğurlayıb. İndi isə onun övladları xarici ölkələrdə işrət içində yaşayırlar. Məndə olan məlumata görə, onun başqa-başqa ölkərdə 10 villası var. Onları bir-bir satıb, pulunu Azərbaycana versəydi 5-6 milyard pul edərdi. “Dövləti çox istəyən” məmurlar, illərlə yığdığı puldan 1 milyardını dövlətə versəydilər, bu gün ölkədə belə vəziyyət yaranmazdı. Buna görə də Elman Rüstəmov təcili həbs edilməli və xalqdan oğurladığı 12 milyard dollar sahibinə qaytarılmalıdır” – deyə H.Hacıyev əlavə edib.
Seçilmişlər
Ən çox oxunanlar