Deputatla icra başçısı arasında qarşıdurma
Tarix: 11-02-2015 16:21
Masallıdan deputat seçilmiş Nəriman Əliyevlə seçiciləri ilə görüşə qadağa qoyulub.
Gunpress.az AzFakt.com-a istinadən xəbər verir ki, bu qadağanı rayonun icra başçısı Rafil Hüseynov tətbiq edib: "İcra başçısı deputatın seçicilərlə görüşməsinə imkan verməməklə yanaşı,vətəndaşlarla keçirdiyi səyyar görüşlərə və digər görüşlərə də Nəriman Əliyevi dəvət etmir".
Sayt iddia edir ki,rayonda Yeni Azərbaycan Partiyasının tədbirlərində də deputatın görünməməsi, ortaya haqlı suallar çıxarıb: "Deputat Nəriman Əliyevin Masallının icra başçısı Rafil Hüseynovdan niyə çəkindiyi və başçının millət vəkilinə hansı səbəbə "qırmızı işıq” yandırması ilə bağlı maraqlı məlumatlar var...".
Yazıda adı keçən tərəfin mövqeyini dərc etməyə hazırıq.
Seçilmişlər
Ən çox oxunanlar