"Mitinqlər təşkil edib xalqı ayağa qaldıracağam» - Partiya sədri
Tarix: 04-02-2015 14:01
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müsavatdakı istefaları təbii qarşıladığını bildirib. Onun sözlərinə, uzun illər bu partiyadan hər dönəmdə istefaların olması Müsavat rəhbərliyinin yürütdüyü siyasətlə bağlıdır: «İsa QəmbərMüsavat Partiyasını satdı. Sonda da Arif Hacılı kimi birini partiyanın başına gətirib qoydu ki, siyasi alverlərini davam etdirsinlər. Təbii ki, özünə hörmət edən adamlar buna etiraz edirlər. Məmməd Zeynalov da özünə hörmət edən, kiayət qədər səviyyəli bir adamdır. Onun bu qədər xəyanətə tab gətirməsi mümkün deyil. İnsanlar nə qədər abırlarına qısılıb qalacaqlar? Axırda bezdikləri üçün istefa verib gedirlər. Məmməd Zeynalovu hələ Xalq Cəbhəsinin hakimiyyəti dövründən tanıyıram. Münasibətlərimiz də yaxşı olub. Zaman-zaman onunla da, qara Tofiqlə də görüşəndə İsa Qəmbərin nə qədər satqın olduğunu deyirdim, amma onlar inanmaq istəmirdilər. Axırda mənim dediyimə gəlib çıxdılar».
H.Hacıyev bildirib ki, Məmməd Zeynalov kimi bir adamın Müsavat Partiyası kimi bir bataqlıqdan uzaqlaşması müsbət hadisədir. Onun sözlərinə görə, aparılan obyekttv təbliğatın da M.Zeynalovun istefa qərarı verməsində rolu olub: «İndi orda iki-üç nəfər qalıb. Yaxın günlərdə Arif Hacıyevin pulunu kəsəcəklər, ondan sonra onun da yanında heç kim qalmayacaq. Amma sizə açıq deyim ki, ölkədə çox qorxulu tendensiya yaranıb. Milli Şura ətrafında olan qüvvələr fəallaşıblar. Xaricdən çox böyük göstəriş alıblar, bunun üçün maddi dəstək də verilir. Bizdə olan məlumata görə bunlar 2015-ci ildə dövlət çevrilişi etmək üçün potensiala malik qüvvə kimi formalaşdırılırlar. Özləri bir şey olmasa da, dəstək verənləri var. Biz bunun qarşısını almaq üçün əlimizdən gələni edirik və edəcəyik».
Azərböaycan hakimiyyətində təmsil olunan şəxsləri bir qisminin başının altına yasdıq qoyduğunu bildirən H.Hacıyev onu da nəzərə çatdırıb ki, ölkə prezidenti təklənmək ərəfəsindədir: «Cənab prezidenin verdiyi tapşırıqlar sabotaj olunur, yerinə yetirilmir. Bu yöndə müəyyən addımlar görülməlidir. Biz öz qətiyyətli mövqeyimizi ortaya qoyacağıq. Heç kim arxayın olmasçın ki, ona etimad göstərilib deyə, xəyanətlərin davam etdirə bilər. Kənd təsərrüfatı sahəsində bir sıra göstərişlər verildi, torpaq sahələrinin paylanması tapşırıldı, amma heç bir addım atılmır. Kənd təsərrüfatı naziri Heydər Əsədov sanki nəyəsə arxayındır. Öz ətrafında da deyir ki, mən pulumu verib burda oturmuşam. Bu, biabırçılıqdır. Mən bu cür məmurlara qarşı üsyan edəcəyəm. Əgər belə davam eləsələr, prezidentin müdafiəsi üçün mitinqlər təşkil edib xalqı ayağa qaldıracağam».
Seçilmişlər
Ən çox oxunanlar