Partita sədrindən Vətən Müharibəsi qaziləri ilə bağlı tələb
Tarix: 15-03-2021 15:58
Ali Baş Komandanın “Dəmir yumurugu” ətrafında birləşən Azərbaycan xalqına arxalanan igid əsgər və zabitlərimiz, heç kəsin gözləmədiyi halda, qısa bir zaman kəsiyində ildırım sürəti ilə irəliləyərək işğal altında olan əzəli və əbədi torpaqlarımızı yağı düşmən tapdağıdan əbədi olaraq azad etmiş, 30 illik nigarançılığa son qoymuş, xalqımıza möhtəşəm sevinc hissləri bəxş etmişdir!
Bu möhtəşəm qələbənin qazanılmasında şirin canından keçən şəhid əsgər və zabitlərimiz (Allah onlara rəhmət eləsin!), qazilərimiz heç vaxt unudulmayacaq, xalqımızın qəlbində, Azərbaycan tarixində əbədi qalacaqlar! Təbiidir ki, hər bir kədərin sonu olduğu kimi, nə qədər xoş olsa da, sevincli günlər də yavaş-yavaş tarixə dönür, onlar da unudulur, yalnız müəəyən zaman kəsiyindən sonra xatırlanır və yad edilir. Həyat isə davam edir-özünün kədəri və sevinci ilə... Azərbaycanımızın Vətən Müharibəsində qazandığı möhtəşəm qələbədən doğan eyforiyyə də yavaş-yavaş tarixə çevrilir, həm bütövlükdə xalqımız, həm də qəhrəman ovlad yetişdirib onu vətən uğrunda şəhid verən fədakar ata-analarımız, şəhid evladları və xanımları, igid qazilərimiz gündəlik həyatlarına dönməkdədirlər.
Real həyat, təəssüf ki, heç də həmişə “rəvan getmir”, onun düzənliyi, enişi-yoxuşu vardır. Bu keşməkeşli yollarda müvəffəqiyyətlə yürümək heç də həmişə asan deyildir-xüsusilə evinə çörək gətirən tək evladını, ərini, atasını itirmişlər, sağlamlığını itirb əlil olan üçün. Yaxşı haldır ki, dövlət bu qəbildən olan insanları təkbaşına buraxmır: şəhid alilələrinə, qazilərə büdcənin imkanları daxilində təqaüdlər verir, şəhid ailələrini, qaziləri mənzillərlə təmin edir, aztəminatlı ailədən olan tələbələrin pulsuz təhsilinə yadım edir, şəhid aillərinin özünəməşğulluğu üçün tədbirlər görür və s.
Ancaq təəssüf ki, bəzi məmurların tamahkarlığı, qanunlara zidd hərəkətləri, şəhid ailələrinə, qazilərə laqeydliyi dövləti nüfüzdan salır, vətdaşla dövlət arasında ziddiyyət yaradır. Bəzən bu ziddiyyətlər mövcud qanunvericilikdə olan boşluqlardan irəli gəlir. Məsələn, mövcud normativlərdən irəli gələrək bir gözünü itirən, o biri gözü eynəklə birlikdə 40.0% görən, yaxud bir ayağını dizdən aşağı itirən qaziyə III dərəcəli əlillik verilməsi hansı ədalətə, insani hissələrə uyğun gəlir və belə “normativləri” hazırlayıb qəbul edənlərin və tətbiq edənlərin insanlıqdan xəbəri varmı? Xəbəri varsa niyə susurlar? Məgər bilmirlər ki, gözləri görməyənlərin, əldən-ayaqdan şikəst olanların belə təqaüdlə nəinki ailələrinin, heç təkcə özlərinin də elementar yaşayışını təmin etməsi, onsuz da işsizliyin baş alıb getdiyi indiki zamanda, işə düzəlməsi mümkün deyildir?
Hesab edirk ki, tezliklə, yubanmadan Vətən Müharibəsində müxtəlif dərəcəli bədən xəsarəti alaraq sağlamlığını itirmiş qazilərə müvafiq təqaüdlərin verilməsinə dair nörmativlərə yenidən baxılmalı və təqaüdlərin məbləği əsaslı şəkildə artırılmalıdır. Şəhid aillələrinə, xüsusilə çoxuşaqlı ailələrə, verilən təqaüdlərin də artırılması məqsədəuyğun olardı. Unutmaq olmaq olmaz ki, bu cür alilələr gələcək əsgərlər yetişdirir, onlar daim qədirbilən xalqımızın diqqət mərkəzindədir və onlara bəslənilən qayğı ölkəmizdə vətənpərvərlik hissinin aşılanmasında ən önəmli yollardan biridir!
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
Seçilmişlər
Ən çox oxunanlar