Azərbaycan diasporunun Almaniyada görəcəyi işlər müzakirə olunub
Tarix: 05-02-2021 20:14
Azərbaycan-Türkiyə Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk Bakıya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub. Görüş zamanı Almaniyada Azərbaycan diasporunun durumu, görüləcək işlər, plan və perspektivlərlə bağlı müzakirələr aparılıb.
Ufuk Kamal Ufuk bundan sonra da Almaniyada Azərbaycan həqiqətlərinin təbliği, milli maraqların qorunması, brilik, həmrəylik naminə fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı Ufuk Kamal Ufuka təqdim edilib.
Seçilmişlər
Ən çox oxunanlar