Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN
Tarix: 27-09-2020 21:19
Pakistan Dağlıq Qarabağ bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahatdır.
GÜNpress.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Ermənistan qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutulması qınanılır. Bu, bütün bölgənin sabitliyini və təhlükəsizliyini poza bilər. Vəziyyətin daha da gərginləşməməsi üçün Ermənistan hərbi əməliyyatı dayandırmalıdır.
Pakistan qardaş Azərbaycan xalqının yanındadır və Azərbaycanın özünümüdafiə hüququnu dəstəkləyir. Biz Azərbaycanın mövqeyini dəstəkləyirik, bu mövqe BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş qətnamələrinə tamamilə uyğundur", - deyə Pakistan XİN-in bəyanatında vurğulanır.
Seçilmişlər
Ən çox oxunanlar