Zaur Mirzə-zadə: “Paşinyan növbəti dəfə siyasi konsepsiyasızlıq nümayiş etdirdi”
Tarix: 24-06-2020 17:24
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq uzun müddətdir genişlənmişdir. Bunu Zaur Mirzə-zadə “Şərq Tərəfdaşlığı” ölkələrinin Sammitini şərh edərkən söyləyib.
Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin onlayn sammitindəki çıxışında çox vacib məqamlara toxundu. Əlbəttə, bu danılmaz bir həqiqətdir ki, işğalçılığa məruz qalmış ölkəmiz bu fəlakətə baxmayaraq, sosial-iqtisadi inkişafda böyük nəticələr əldə etmişdir. Son 16 ildə ÜDM üç dəfə artmışdır. Azərbaycan Şərq Tərəfdaşlığı proqramında iştirak edən bütün ölkələr arasında regionun lider dövlətidir və ən dinamik inkişaf edən iqtisadiyyatına malikdir.
Azərbaycan Avropa Birliyi üçün bir güvənli tərəfdaş və gələcəkdə region üçün yeni lahiyələr həyata keçirə bilən, iqtisadi artımı ilə sabitlik təminatçısı kimi bir ölkədir. Görülən işlər və gələcəkdə həyata keçirə biləcək layihələr region üçün çox vacib və əhəmiyətli olduğunu artıq AB bilir və bu səbəbdən ölkədə iqtisadi artım tempini diqqətlə izləyir.
Azərbaycan Prezidenti İlham Əliyev hazırda həyata keçirilən və yeni hazırlanan bir çox layihələr barədə danışarkən buna da diqqət çəkdi ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq uzun müddətdir genişlənmişdir və Xəzər hövzəsindən Avropa istehlakçılarına karbohidrogenlərin çoxşaxəli tədarükü təmin edilmişdir. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı proqramının bütün iştirakçıları tərəfindən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin və Qarabağ münaqişəsinin həllinə yönəlmiş bir sıra digər beynəlxalq qurumların qərarlarının qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyi mövzusuna toxunaraq uzun illərdir Ermənistanın işğalçılıq siyasətini həyata keçirməsini bir daha xatırladaraq Paşinyanı çıxılmaz vəziyyətdə düşdüyü Sammit iştirakçıları şahidi oldular.
“Bu, əlbəttə ki, Ermənistan haqqında idi və İlham Əliyev birbaşa İrəvanın çoxsaylı qanun pozuntularını faktlarla növbəti dəfə dünya ictimayyətinin nəzərinə çatdırdı. O cümlədən Ermənistan rəhbərliyinin beynəlxalq prinsipləri pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasətini həyata keçirməsini sübut etdi. “Ermənistanın baş nazirinin danışıqların mahiyyətini və formatını ləğv etməyə çalışdıqlarının əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır ”, – deyə İlham Əliyev inamalı mövqeyini nümayiş etdirdi. Spikerə və sammitin bütün iştirakçılarına hörmətsizlik göstərərək, oz çirkin əməllərini növbəti dəfə nümayiş etdirən Paşinyan İlham Əliyevə müdaxilə etməyə çalışdı, lakin onun bu fikri Azərbaycan Prezidenti İlham Əliyevin inandırıcı arqumentləri ilə dərhal cavablandıırılaraq, yalanlar və şər üzərində davam etdirilən erməni təbliğatının daha bir saxta olduğu ortaya çıxdı. Çaşqın Paşinyanın artıq ayağa qalxmaqa taqəti belə olmadı, və Sammit içtirakçıları həmçinin izləyicilər tərəfindən növbəti siyasi konsepsiyasızlıq yaşadığı məlum oldu.
Seçilmişlər
Ən çox oxunanlar